Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası 1941-ci ildə fəaliyyətə başlamışdır. 1991-ci ildən müstəqil kafedradır. Azərbaycanın yeni və müasir tarixi kafedrasına 1991-2004-cü illərdə prof.Qurban Bayramov rəhbərlik etmişdir. 2001-ci ildə kafedranın bazasında yeni Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası yaradılmışdır.
2004-cü ildən kafedra müdiri dos. Azad Rzayevdir. Dos.A.Ə.Rzayev XIX əsrlərdə Azərbaycanın siyasi-sosial, iqtisadi, mədəni məsələlərini tədqiq edir. 30-dan çox elmi əsərin müəllifidir.
Hazırda kafedrada professorlar Fəzail İbrahimli, İbrahim Zeynalov, Elmira Muradəliyeva, Cəmilə Rüstəmova
dosentlər A.Ə.Rzayev, Nuru Məmmədov, Almaz İbrahimova, Xumar Səfərova, Boran Əziz, Ələmdar Şahverdiyev, baş müəllimlər t.f.d. Sevda İsmayılova, Gövhər Rizayeva, Vaqif Nəbiyev, fəlsəfə doktoru-müəllimlər Arifə Adıgözəlova, Təhminə Aslanova, müəllimlər İsa Quliyev, Kəmalə Nəcəfova və 2 tədris-köməkçi heyət – Rəna Məlikli, Cəmalə Nəsibova çalışır.
Kafedra ölkədə Azərbaycan tarixi problemlərinin ən mühüm tədqiqat mərkəzlərindəndir. Elmi araşdırmalar yeni və müasir dövrədək Azərbaycanın çoxsaylı problemlərini əhatə edir.
Kafedranınəməkdaşları tərəfindən müxtəlif illərdə «Heydər Əliyev və Azərbaycan tarix elmi» Q.M.Bayramov); «İslahatdan sonrakı dövrdə Azərbaycanda torpaq icarə münasibətləri» (L.L.Həsənova); «Azərbaycan torpağından axan qan – neft seli və torpaq», «Города Кавказа на Великом Шелковом пути» (E.B.Muradəliyeva); «Azərbaycan kəndində sosial-siyasi proseslər. 1920-1930-cu illər» (F.F.İbrahimli); «Azərbaycanın iqtisadi və sosial inkişafı. 1970-1980-ci illər» (İ.X.Zeynalov); «Türkmənçay-1828: tarixi xronika» (K.K.Şükürov); «Z.İbrahimov. Seçilmiş əsərlər» (A.Z.İbrahimova); «Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri» (B.O.Əziz); «Из истории предпринимательства в Азербайджане» (C.Y.Rüstəmova) və digər monoqrafik araşdırmalar, Azərbaycan tarixi (XIX-XXI əsrin əvvəli) mühazirələr kursu,Azərbaycan tarixinin öyrənilməsində bədii ədəbiyyat mənbə kimi ( XIX əsrin II yarısı Şimalı Azərbaycan bədii ədəbiyyatı üzrə), Dərs vəsaiti (S.A. İsmayilova) nəşr edilmişdir. Kafedra bakalavr pilləsində 2, magistr pilləsində 7 fənni tədris edir.
Kafedrada bakalavr pilləsində iki fənn tədris olunur:
1. Azərbaycan Tarixi.
2. Ölkəşünaslıq.
Magistratura pilləsində tədris edilən ixtisaslar:
1.XIX əsrin I yarısında Azərbaycanda aqrar münasibətlərin tarixi problemi.
2. Освободительная борьба в Азербайджане против советского оккупационного режима.
3. Azərbaycanda sosial-siyasi proseslər ( XX əsrin 20-ci illəri).
4. Azərbaycanda ictimai-siyasi qüvvələrin mübarizəsi ( mart, 1917-1918)
5. Azərbaycan tarixində neft amili.
6. Azərbaycan əhalisi (1920-1990-ci illər)
7. Azərbaycanda Sovet işğal rejiminə qarşı mübarizə (1920-1991-ci illər).
8. XX əsrin II yarısında Azərbaycanın sosial-iqtisadi inkişafı.
9. Azərbaycan tarixində Heydər Əliyevin rolu.
Kafedra müəllimlərinin elmi-pedaqoji tərkibi
Tədris olunan fənlər:
Azərbaycan tarixi
Azərbaycanın siyasi tarixi
BDU-nun bütün fakültələrində “Azərbaycan tarixi” fənni öyrənilir. Bu fənn tələbələrə Vətən tarixindən dərin bilik vermək, tarixin siddiyyətli və mürəkkəb dövrlərindən baş açmaq, tariximizdə baş vermiş hadisələri obyektiv, məntiqi qiymətləndirmək məqsədilə öyrədilir. Azərbaycan tarixi fənninin öyrənilməsi tələbələrə xalqımızın tarixini ən qədim zamanlardan bugünədək izləməyə imkan verir. Eyni zamanda son zamanlarda xalqımızın tarixində qaranləq qalmış müxtəlif anların düzgün və qəqiqliklə araşdırmaq da mümkün olur. Vətən tarixinin dərindən öyrənilməsi gəncləri Vətənə məhəbbət və vətənpərvərlik ruhunda tərbiyə etməyə və onun analitik təhlil qabiliyyətinin inkişafına imkan verir.
Azərbaycan tarixinin qiymətləndirilməsi metodları aşağıdakılardır: seminar məşğələləri, tədris, mühazirə mətninin tərtibi, imtahanlara yazılı (əyani şöbələrdə) və testlər(qiyabi şəbələrdə) vasitəsilə.
Kafedranın elmi istiqamətləri
Azərbaycanın müstəqilliyinin bərpa edilməsi, sosiaı-iqtisadi inkişaf və dövlət quruculuğu XIX-XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi inkişafı Azərbaycan II Respublika dövründə (sosial-iqtisadi və mədəniyyət tarixi) 1917-1920-ci illərdə Azərbaycanın sosial-iqtisadi vəziyyəti