Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası. Azərbaycan tarixi kafedrası 1941-ci ildə yaradılmışdır. Kafedraya uzun müddət görkəmli tarixçi prof. Zülfəli İbrahimov rəhbərlik etmişdir. Kafedrada Məmməd Qazıyev, Məmməd Əfəndiyev, Yevgeni Tokarjevski, Qurban Bayramov, Süleyman Əliyarlı və başqa tanınmış tarixçilər çalışmışlar. Kafedra 1991-ci ildə iki müstəqil kafedraya (Azərbaycanın qədim və orta əsrlər tarixi və Azərbaycanın yeni və müasir tarixi kafedrası) ayrılmışdır. 2001-ci ildə hər iki kafedranın bazasında iki Azərbaycan tarixi kafedrası yaradılmışdır. Həmin əmrlə kafedra Azərbaycan tarixi (təbiət fakültələr üzrə) kafedrası adlandırılıb. Kafedraya 1991-2001-ci illərdə Əməkdar elm xadimi, prof. Süleyman Əliyarlı, 2001-2005-ci illərdə prof. Seyidağa Onullahi rəhbərlik etmişlər.
2005-ci ildən kafedra müdiri dos.Mehman Abdullayevdir. Dos. M.Q.Abdullayevin elmi tədqiqat istiqaməti XVIII-XIX əsrlərdə Azərbaycanda aqrar münasibətlər mövzusudur. 100-ə qədər elmi məqalənin, 1 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifidir.
Hazırda kafedrada professorlar Sevda Süleymanova, Zabil Bayramov, dosentlər M.Q.Abdullayev, Yunis Nəsibov, Bəymirzə Şabiyev, Rəsul Hüseynli,Lalə Əliyeva, Arzu Məmmədova,Almaz Cavadova, fəlsəfə doktoru-baş müəllimlər Rabil Süleymanlı, Ərşad Həsənov, Əminə Şirinova, Nurlanə Cavanşir, 3 fəlsəfə doktoru-müəllimlər Ülviyyə Ağayeva, 2 nəfərdən ibarət tədris-köməkçi heyət Səlimə Quliyeva, Rüxsarə Ələsgərova çalışır.
Kafedra qədim, orta əsrlər və yeni dövr Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması istiqamətində elmi-tədqiqat işləri aparır. 2001-2014-cü illərdə kafedra əməkdaşlarının bir sıra monoqrafiyaları, dərslik və dərs vəsaitləri nəşr edilmişdir: «Kitabi-Dədə Qorqud» eposu və Azərbaycan tarixinin konseptual problemləri», «Azərbaycan tarixi. Uzaq keçmişdən 1870-ci illərə qədər» (S.S.Əliyarlı); «Azərbaycanda ictimai-siyasi hərəkat. XIX yüzilliyin sonu – XX yüzilliyin əvvəli» (S.Y.Süleymanova); «Azərbaycan xalqının milli istiqlal mübarizəsi. XIX əsrin sonu – XX yüzilliyin əvvəlləri» (X.M.Məmmədov); «Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycandaaqrar münasibətlər (XIX əsrin 40-cı illərinədək)» (M.Q.Abdullayev); «Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarə sistemi» (Z.H.Bayramov), «Car-Balakən camaatlığı (XVII əsrin sonu – XIX əsrin əvvəlləri)» (A.Ə.Məmmədova), qeyri-tarix fakültələri üçün «Azərbaycan tarixi» dərsliyi (red. M.Q.Abdullayev). Kafedra bakalavr pilləsində 7, magistr pilləsində 8 fənni tədris edir.
Kafedrada bakalavriatura pilləsində tədris edilən fənlər:
1. Azərbaycan tarixi ən qədim zamanlardan XXI əsrin ilk onilliklərinədək
2. Azərbaycanın qədim və orta əsrlər tarixi
3. Azərbaycan xalqının mənşəyi
Magistratura pilləsində tədris edilən ixtisaslaşmalar:
1. Azərbaycan xalqının etnogenezisi
2. Azərbaycanda ruhani zümrəsi
3. Azərbaycanın orta əsrlər tarixinə dair gürcü mənbələri və X-XV əsrlərdə Azərbaycan - Gürcüstan münasibətləri
4. Azərbaycan Səfəvi dövlətinin quruluşu və idarəetmə sistemi
5. Azərbaycan tarixi üzrə farsdilli qaynaqlar
6. Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri
7. Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Azərbaycanda aqrar münasibətlər
8. “Kitabi Dədə Qorqud” tarixi mənbə kimi
Kafedra müəllimlərinin elmi-pedaqoji tərkibi
Tədris olunan fənlər:
Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası tərəfindən Azərbaycan tarixi fənninin tədris olunmasında əsas məqsəd Azərbaycanın zəngin tarixi keçmişi, dövlətçilik ənənələri, mədəniyyət nümunələri, yadellilərə qarşı azadlıq və müstəqillik uğrunda mübarizəsi haqqında hərtərəfli bilik və bacarıqları aşılamaqdan ibarətdir.
Kafedra tərəfindən Tarix, Tarix müəllimliyi, Amerikaşünaslıq, Qafqazşünaslıq ixtisaslarının azərbaycan və rus bölmələrində və Antropologiya ixtisasının azərbaycan bölməsində Azərbaycanın qədim və orta əsrlər tarixinin ən mühüm problemləri iki semestr ərzində tədris olunur və tələbələrə aşılanan biliklərin qiymətləndirilməsi zamanı yazılı imtahan üsulundan istifadə edilir. Universitetin təbiət fakültələrində Azərbaycanın uzaq keçmişdən müasir dövrə qədər olan tarixinin başlıca problemləri bir semestr ərzində tədris olunur və tələbələrə aşılanan biliklərin qiymətləndirilməsi zamanı yazılı imtahan üsulundan istifadə edilir.
Kafedranın elmi istiqamətləri:
Kafedra Universitetin təbiət fakültələrində Azərbaycan tarixi fənnini uzaq keçmişdən müasir dövrə qədər tədris edir. Tarix fakültəsində isə Azərbaycanın qədim və orta əsrlər tarixi kafedra müəllimləri tərəfindən tədris olunur.