ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Almas Cavadova

Almas Sabir qızı Cavadova

Baş metodist , 0,5 məüllim
Tel:(+99412) 439-04-02

QISA BİOQRAFİK MƏLUMAT

  • 1966-cı il yanvarın 22-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olub.
  • 1973-1983-cü illərdə şəhər 3 saylı orta məktəbdə təhsil almışdı.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1983-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin, 1986-1989-cu illərdə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdı.
  • « Azərbaycanın Osmanlı imperiyası ilə ipək ticarəti problemi müasir türk tarixşünaslığında (XV əsrin II yarısı-XVII əsrin əvvəllərində)» adlı namizədlik dissertasiyası Elmi seminardan keçərək müdafiəyə buraxılmışdır.

ƏMƏK FƏALİYYƏTİ

  • 1990-cı ildən BDU-nun Tarix fakültəsi «Tarixi tədqiqatlarda EHM-nin və riyazi üsulların tətbiqi» laboratoriyasında baş laborant, 1996-cı ildən Qədim dünya və orta əsrlər tarixi kafedrasının dissertantı.
  • 2005-ci ildən Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrasına təhkim edilmiş, 10 məqalənin müəllifidir.
  • Azərbaycan tarixi fənnini tədris edir (ümumi kurs)
  • 10 məqalənin müəllifidir

TƏDQİQAT SAHƏSİ

  • Azərbaycanın XV-XVII əsrlərdə beynəlxalq ticarət əlaqələri problemi
  • XV əsrin II yarısında Azərbaycan – Osmanlı ticarət əlaqələri . Elmi işdə Azərbaycanın beynəlxalq ticarət əlaqələri araşdırılmışdır. Əsas diqqət Azərbaycanın Avropa dövlətləri və Osmanlı imperiyası ilə ticarət əlaqələrinə yönəldilmişdir. Bu dövrdə tədqiq edilən məsələnin türk tədqiqatçılarının əsərlərində öyrənilməsi səviyyəsinə xüsusi diqqət yetirilmişdir. Həm Azərbaycanın, həm Avropa dövlətlərinin və həm də Osmanlı dövlətinin bəhs edilən dövrdə daxili siyasi vəziyyətinə diqqət yetirilmiş və bununla bağlı elmi məqalə çapa təqdim olunmuşdur.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Azərbaycanın Osmanlı imperiyası və Avropa dövlətləri ilə beynəlxalq ticarət əlaqələrində xam ipəyin rolu problemi müasir türk tarixşünaslığında (XVI əsrin II yarısı). Bakı Universitetinin Xəbərləri jurnalı, 2004, №2
  • Ağqoyunlu-Osmanlı münasibətləri və beynəlxalq ipək ticarəti problemi müasir türk tarixşünaslığında.BDU-nun Xəbərləri, 2004, №4
  • Azərbaycanın beynəlxalq ticarət əlaqələrində Qara və Aralıq dənizi ticarət mərkəzlərinin rolu problemi müasir türk tarixşünaslığında (XV əsr) 2005, №4
  • XV əsrin II yarısında Azərbaycanın beynəlxalq ticarət əlaqələri türk tarixşünaslığında. Tarix və onun problemləri, Bakı, 2007, №3 Əlavə
  • «XV əsrin II yarısı -XVI əsrdə Azərbaycanın beynəlxalq ticarət əlaqələri türk tarixşünaslığında» BDU-nun Xəbərləri, 2008, №2
  • XV əsrdə Azərbaycanın Avropa dövlətləri ilə ticarət əlaqələri müasir türk tarixşünaslığında. BDU-nun Xəbərləri, Bakı, 2013, №4
  • «Торговые отношения Азербайджана с Европейскими странами в ХВ веке в современной Турецкой историографии» rus dildə Бакы Университетинин Хябярляри №4 2013
Bookmark and Share