Rəsul Sabir oğlu Hüseynli
Rəsul Sabir oğlu Hüseynli
T.e.n., Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi
Fəlsəfə tarix elmlər doktoru namizədi
Telefon:+(994)12439-04-02
QISA BİOQRAFİK MƏLUMAT
- 12 fevral 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur.
- 1974-1984-cü illərdə Bakı şəhərindəki 53 saylı orta məktəbdə təhsil almışdır.
- 1984-1991-ci illərdə BDU-nun tarix fakültəsində təhsilini davam etdirmişdir.
- 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur.
- 1991-1994-cü illərdə BDU-nun aspiranturasında əyani təhsil almışdır.
- 1998-ci ildə həmin kafedranın baş müəllimi vəzifəsinə seçilmişdir.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1991-1994-cü illərdə BDU-nun aspiranturasında əyani təhsil almışdır.
- 1996-cı ildə "Azərbaycan ruhaniliyi XVIII yüzilin sonu - XIX yüzilin ortalarında" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
- 2013-cü il Dosent adı almışdır. Dosent attestatı – DS № 04250, (protokol № 04-k)
TƏDQIQAT SAHƏSİ
- Elmi-tədqiqat işində Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonrakı dövrdə ruhani zümrəsinin çar hökuməti ilə qarşılıqlı münasibətləri, hökumətin milli və dini ayrıseçkilik siyasəti, din xadimlərinin azadlıq hərəkatına qoşulmasının səbəbləri, ayrı-ayrı üsyan və çıxışlardakı rolu üzə çıxarılmışdır. Müəllif gəldiyi elmi nəticələri çapa təqdim etdiyi məqaləsində əks etdirmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- BDU-nun Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrası, müəllim 1995
- BDU-nun Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrası, baş müəllim 1998
- Apardığı dərslər: Azərbaycan tarixi - bakalavr kursu, Azərbaycan ruhaniliyi - magistratura kursu
- 15 məqalə və 1 kitabın müəllifidir.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycan ruhaniliyi milli-azadlıq hərəkatında; ruhani zümrəsinin sosial-siyasi və hüquqi statusu.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Beynəlxalq Simpozium: "İslam sivilizasiyası Qafqazda" Bakı, 2000
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- 1826-cı il üsyanları haqqında "Tarix və onun problemləri", № 4, 2007
- XIX əsrin ortalarında müridizm hərəkatı və Azərbaycan ruhaniliyi"Tarix və onun problemləri", № 4, 2008
KITABLAR
- Azərbaycan ruhaniliyi (xanlıqlar çağından sovet işğalınadək olan dövrdə) Bakı, "Kür" nəşriyyatı, 2002, 266 səh.
- Azərbaycan tarixi ( ən qədim zamanlardan - XXI əsrin onilliklərinədək) həmmüəllif dərslik, Bakı 2014 il