Asiya və Afrika ölkələri tarixi kafedrası. 1922-ci ildə Müsəlman Şərqinin ümumi tarixi adı ilə fəaliyyətə başlayan kafedra 1930-cu ildən Asiya və müstəmləkə ölkələrinin tarixi kafedrası adı ilə fəaliyyətini davam etdirmişdir. 1937/38-ci dərs ilində Ümumi tarix kafedrasına birləşdirilmiş, 1950-ci ildən 1960-cı ilədək Yaxın və Orta Şərq xalqları tarixi kafedrası adı ilə fəaliyyət göstərmişdir. 1960-cı ildə növbəti dəfə Ümumi tarix kafedrasına birləşdirilib. 1965-ci ildə yenidən Ümumi tarix kafedrasından ayrılmış və Asiya və Afrika ölkələri tarixi kafedrası adı ilə fəaliyyət göstərməyə başlamışdır.
1965-ci ildən kafedraya dos. Əkbər Dadaşlı, dos. Qənbər Hüseynov, prof. Zakir Abdullayev və prof. Məhəd Sofiyev rəhbərlik etmişlər. 2012-ci ildən kafedra müdiri prof. Sani Hacıyevdir.
Prof. S.T.Hacıyev müasir dövrdə Türkiyədə terrorizm problemini tədqiq edir. 80-ə yaxın elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, fənn proqramlarının müəllifidir. 2008-ci ildən kafedranın professorudur. 2011-ci ildən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektorudur. Hazırda kafedrada professor S.T.Hacıyev, dosentlər Rafiq İsmayılov, Rövşən Aslanov, Gülxanım Qarayeva, Aida Bağırova, Atamoğlan Məmmədli, İqbal Ağayev, Qismət Davudov, Gülnarə Məmmədzadə, Kəmalə Sofiyeva, müəllimlər t.f.d Günel Əliyeva-Məmmədova, İsrail Əmirov və tədris-köməkçi heyət üzvü Günel Tağıyeva çalışır.
Kafedrada ərəb xilafətində xalqların qarşılıqlı əlaqələri, Yaxın və Orta Şərq ölkələrinin yeni və ən yeni dövrdə siyasi, ictimai-iqtisadi və mədəni əlaqələri araşdırılmış və elmi tədqiqatların nəticələri monoqrafiyalarda öz əksini tapmışdır: «İkinci dünya müharibəsindən sonra SSRİ-Türkiyə əlaqələri tarixindən» (M.M.Sofiyev); «Müasir Türkiyədə terror» (S.T.Hacıyev); «Ermənilərin gerçək tarixi», «Asiya və Afrika ölkələrinin orta əsrlər tarixi», «İran II dünya müharibəsi illərində» (A.A.Məmmədli); «Ərəb xilafətinin dövlət idarəçilik sistemində türklər (VIII-X əsrin ortaları)» (N.Ç.Axundova); «İraqın xarici siyasəti. 1968-2003» (A.R.Bağırova); «XIX əsrin 20-60-cı illərində İran-Türkiyə münasibətləri»(R.B.Aslanov); «İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafı» (G.M.Məmmədzadə); «İxşidilər dövləti», «Bağdad-fustad: birgəolma və qarşıdurma» (R.İ.İsmayılov); «Osmanlı Ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskarlıq rolu» (K.M.Sofiyeva).
Əməkdaşlar tərəfindən nəşr edilmiş dərslik və dərs vəsaitləri tədris prosesində geniş tətbiq edilir: «Asiya və Afrika ölkələrinin çağdaş tarixi», «Ərəb ölkələrinin çağdaş tarixi» (N.Ç.Axundova, A.R.Bağırova, R.İ.İsmayılov), «Yaxın və Orta Şərq ölkələrinin orta əsrlər tarixi» (R.B.Aslanov, N.Ç.Axundova, A.A.Məmmədli), «Yaponiya tarixi» (Q.Ş.Davudov). Kafedrada bakalavr pilləsində 15, magistr pilləsində 7 fənn tədris edilir.
Tarix fakültəsi Asiya və Afrika ölkələri tarixi kafedrasında tədris olunan fənlər (bakalavriat pilləsində) haqqında
Asiya və Afrika ölkələri tarixi
Yaxın və Orta Şərq ölkələrinin tarixi
Asiya və Afrika ölkələri tarixi
Yaxın və Orta Şərq ölkələrinin orta əsrlər və yeni dövr tarix
Yaxın və Orta Şərq ölkələrinin müasir tarixi
Sivilzasiyalar tarixi
Türkiyə və Iran tarixi
Asiya və Afrika ölkələri tarixi
İxtisas ölkəsinin (regionun) tarixi (ərəb ölkələri üzrə üzrə)
İxtisas ölkəsinin (regionun) tarixi (çin üzrə)
İxtisas ölkəsinin (regionun) tarixi (yaponiya üzrə)
İxtisas ölkəsinin (regionun) tarixi (koreya üzrə)
İxtisas ölkəsinin (regionun) tarixi (israil üzrə)
İxtisas ölkəsinin (regionun) tarixi ( iran üzrə)
İxtisas ölkəsinin (regionun) tarixi (türkiyə üzrə)
İxtisas ölkəsinin (regionun) tarixi (pakistan üzrə)
İxtisas (regionunun) ölkəsinin siyasi sistemi və xarici siyasəti (ərəb ölkələri üzrə üzrə)
İxtisas (regionunun) ölkəsinin siyasi sistemi və xarici siyasəti (çin üzrə)
İxtisas (regionunun) ölkəsinin siyasi sistemi və xarici siyasəti (yaponiya üzrə)
İxtisas (regionunun) ölkəsinin siyasi sistemi və xarici siyasəti (koreya üzrə)
İxtisas (regionunun) ölkəsinin siyasi sistemi və xarici siyasəti (israil üzrə)
İxtisas (regionunun) ölkəsinin siyasi sistemi və xarici siyasəti (iran üzrə)
İxtisas (regionunun) ölkəsinin siyasi sistemi və xarici siyasəti (türkiyə üzrə)
İxtisas (regionunun) ölkəsinin siyasi sistemi və xarici siyasəti (pakistan üzrə)
Tarix fakültəsi Asiya və Afrika ölkələri tarixi kafedrasında tədris olunan fənlər (magistratura pilləsində) haqqında
Ən yeni dövrdə Asiyanın Ərəb ölkələrində milli-azadlıq hərəkatı
Yaxın Şərq böhranı və Ərəb ölkələri
XVIII əsrin sonu XIX əsrdə İranın beynəlxalq vəziyyəti
Yeni dövrdə ərəb ölkələrində müstəmləkəçilik siyasətinin xüsusiyyətləri
İri dövlətlərin İran uğrunda mübarizəsi
Türkiyə Cümhuriyyəti
İran İslam Respublikası
Yeni dövrdə Asiya və Afrika ölkələri beynəlxalq münasibətlər sistemində
Ən yeni dövrdə Asiya və Afrika ölkələrində regional münaqişələr
XIX əsrin sonu XX əsrin əvvəllərində Asiya və Afrika ölkələrində milli-azadlıq hərəkatı
XIX əsrin sonu XX əsrin əvvəllərində Asiya və Afrika ölkələrinin daxili və xarici siyasəti
I Dünya müharibəsindən sonra Asiya və Afrika ölkələrində milli-azadlıq hərəkatı
Müasir dövrdə Ərəb ölkələrinin ictimai-siyasi və iqtisadi inkişafının xüsusiyyətləri
Müasir dövrdə Asiya və Afrika ölkələri beynəlxalq münasibətlər sistemində
Kafedra müəllimlərinin elmi-pedaqoji tərkibi
Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllimləri BDU-nun Tarix və Şərqşünaslıq fakültələrində dərs deyirlər.
Kafedranın elmi istiqamətləri
Asiya və Afrika, o cümlədən Yaxın və Orta Şərq ölkələrinin problemlərinə dair elmi məqalələrin, dərsliklərin, kitabların tədqiqat sahələri üzrə işlər aparılır.