Sofiyeva Kəmalə
Sofiyeva Kəmalə Məhəd qızı
BDU-nun müəllimi
Tel:(+994 12) 439 01 21
QISA BİOQRAFİK MƏLUMAT
- Sofiyeva Kəmalə Məhəd qızı 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
- 1989-cu ildə 173 saylı orta məktəbi bitirmiş və həmin ildə BDU-nun Tarix fakültəsinə daxil olmuşdur.
- 1994-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
- 1995-1998-ci illərdə BDU-nun elmi kitabxanasında böyük kitabxanaçı vəzifəsində, 1998-2005-ci illərdə isə BDU-nun Tarix fakültəsinin “Azərbaycanşünaslıq” ETM-də elmi işçi vəzifəsində çalışmışdır.
- 1997-2002-ci illərdə BDU-nun Tarix fakültəsinin dissertantı olmuşdur.
- 2004-cü ildə “Osmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolu” adlı namizədlik dissertasiyasını müdafiə edib.
- 2005-ci ildən bu günə qədər BDU-nun Tarix fakültəsinin “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim vəzifəsində çalışır.
- 7 məqalə və tezisin, 1 dərs vəsaitinin müəllifidir.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1994-cü ildə BDU-nun Tarix fakültəsini bitirib
- 1997-2002-ci illərdə BDU-nun dissertantı olmuşdur
- 2004-cü ildə “Osmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolu” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
ƏMƏK FƏALİYYƏTİ
- 1995-1998 – BDU-nun elmi kitabxanasında böyük kitabxanaçı olmuşdur.
- 1998-2005 - BDU-nun Tarix fakültəsinin “Azərbaycanşünaslıq” ETM-də elmi işçi vəzifəsində çalışmışdır.
- 2005-bu günə qədər - BDU-nun Tarix fakültəsinin “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim vəzifəsində çalışır.
- Aparılan dərslər – “Yaxın və Orta Şərq ölkələri tarixi”, “Asiya və Afrika ölkələri tarixi”, “İran tarixi”, “Türkiyə tarixi”.
- 7 məqalə və 1 kitabın müəllifidir.
TƏDQİQAT SAHƏSİ
- Türkiyənin yeni və müasir dövr tarixi.
- Osmanlı Ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda Xilaskar rolu.Avtoreferat. 2004.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Osmanlı ordusunun Dağıstanı düşmən qüvvələrindən azad etməsi. Bakı Universitetinin Xəbərləri (humanitar elmlər seriyası). Bakı 2003, №2
- İndoneziyada islamın yayılması tarixindən. Tarix və onun problemləri. Bakı, 2008, №3
- Nəriman Nərimanov və Din Tarix və Onun Problemləri N4. 2009.
- Fillipində İslam dinin yayılması tarixindən BDU-nun Xəbərləri humanitar elmlər seriyası N2. 2011.
- Müstəmləkə dövründə İndoneziyada İslam. BDU-nun Xəbərləri N4, 2012.
- Türkiyə Tarixi proqram BDU. 2014.
- Türkiyənin ictimai-siyasi sistemi və iqtisadi vəziyyəti. BDU. 2014.
- Malaziyada Islamin yayılması.Malakka sultanlığı. BDU-nun xəbərləri” №2, , Bakı -2015
- "Yaxın və Orta Şərq ölkələri tarixi" fənn proqram. Bakalavr pilləsi üçün.Bakı.2017.rəyçi
- "İxtisas (Türkiyə)Ölkəsinin Tarixi".fənn proqram.bakalavr pilləsi üçün.Bakı.2017.tərtib edən
- Müstəmləkə Dövründə Malayyada İslam. Tarix və Onun Problemləri, 2019 N3, s. 26-39
KİTABLAR
- Osmanlı ordusunun Qafqaz hərəkatı və onun Azərbaycanda xilaskar rolu. Bakı, 2008.