Məmmədzadə Gülnarə
Məmmədzadə Gülnarə Məmmədhəsən qızı
tarix elmləri namizədi, baş müəllim
Tel:439-01-21
E-mail:[email protected]ive.ru
QISA BİOQRAFİK MƏLUMAT
- Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.
- Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində fars dili və ədəbiyyatı ixtisası üzrə təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
- 1995-ci ildə Tarix fakültəsi Asiya və Afrika ölkələri tarixi kaferdasının dissertantı olmuş, “İran-Azərbaycan mədəni əlaqələri (1991-1995-ci illər)” adlı dissertasiya işini müdafiə etmişdir.
- 11.12.1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “İran-Azərbaycan mədəni əlaqələri (1991-1995-ci illər) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
- 28.04.2000-ci ildə tarix elmləri namizədliyinə layiq görülmüşdür.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1992-ci ildə Bakı Dövlət Universitetini bitirmişdir.
- 1999-cu il dekabrın 11-də “İran-Azərbaycan mədəni əlaqələri (1991-1995-ci illər) adlı namizədlik dissertasiyasını müdafiyə etmişdir
- “İran-Türkiyə əlaqələri (1980-2000-ci illər)” adlı mövzusunda doktorluq işi üzərində işləyir.
ƏMƏK FƏALİYYƏTİ
- 1993-cü ildən BDU-nun Tarix fakültəsi „Asiya və Afrika ölkələri tarixi“ kafedrasında işləyir.
- 40-dan çox məqalənin müəllifidir.
- 2004-cü ildə „İran-Azərbaycan mədəni əlaqələrinin inkişafı adlı monoqrafiyası çap edilmişdir.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Şərqşünaslıq və tarix problemlərinə dair bir sıra elmi-praktik konfransların, o cümlədən İran-Azərbaycan, İran-Türkiyə dövlət-siyasi əlaqələrinin inkişafına, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına, Şərqin aktual problemlərinə və digər bu kimi məsələlərə həsr edilmiş konfransların iştirakçısı olmuşdur.
- İran-İraq müharibəsi Türkiyə-İran ticarət əlaqələri,/. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sovet İttifaqı qəhrəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş Müasir Şərqşünaslğın aktual problemləri, Mövzusunda beynəlxalq elmi konfrans, 16-17 oktyabr 2017.
SEÇİLMİŞ ƏSƏRLƏR
- İran-türkiyə münasibətləri. Tarix və onun problemləri.bakı2015.,N3
- İranın sosial-siyasi və beynəlxalq vəziyyəti (XX əsrin 20-ci illəri-XXI əsrin ilk illəri) (dərs vəsaiti), Bakı, 2016