Qarayeva Gülxanım
Qarayeva Gülxanım
İbrahim qızı
Tarix elmləri namizədi, dosent
Tel:(99412) 439-01-21
QISA BİOQRAFİK MƏLUMAT
- 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur.
- 1966-cı ildə N.Tusi adına 173 saylı orta məktəbi bitirmişdir.
- Həmin ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olmuşdur.
- 1969/70- ci tədris ilində isə dil təcrübəsi keçmək məqsədilə MƏR-da Qahirə Universitetində təhsil almaq üçün göndərilmişdir.
- . 1971- ci ildə Şərqşünaslıq fakültəsini bitirmiş və həmin ildə də tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasında baş laborant vəzifəsində çalışmışdır.
- 1978- ci ildən saat hesabı dərs demiş, 1991-cı ıldən ısə müəllim vəzifəsində çalışmışdır.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1971-ci ildə, BDU
- 1990-cı ildə, Yəmən Xalq Demokratik Respublikasında ziyalıların formalaşması
- 1945-1991-ci illərdə ABŞ-ın Yaxın və Orta Şərq siyasəti
ƏMƏK FƏALİYYƏTİ
- 1971-ci ildən BDU, Tarix fakültəsi, Asiya və Afrika ölkələri tarixi kafedrası.
- Yaxın və Orta Şərq ölkələri tarixi; Ərəb ölkələri tarixi.
- 24 məqalənin, 1 monoqrafiyanın, 4 kitabın müəllifidir.
TƏDQİQAT SAHƏSİ
- 1945-1991-ci illərdə ABŞ-ın Yaxın və Orta Şərq siysəti mövzusu üzərində işləyir. Mövzu ilə bağlı material toplamış, 5 məqaləm və 1 kiçik həcmli kitabım çapdan çıxmışdır.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- 2006-cı ildə Azərbaycan və Türkiyə beynəlxalq elmi-praktik simpoziumda iştirak etmişəm.
- Türkiyə-ABŞ münasibətlərində Kipr problemi. BDU 90-illik yubiletinə həsr olunmuş Beynəlxalq Elmi konfrans, Bakı, 2009
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Misir və Şarm əş-Şeyx memorandumu. Bakı 2003
- Osmanlı imperiyası və onun dünya tarixində yeri.Bakı 2004
- Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi.Bakı 2006
- XIX əsrdə Osmanlı imperiyasında islahatlar. Bakı 2006
- Soyuq müharibə dövründə ABŞ-Misir münasibətləri. Bakı 2006
- Saudiyyə Ərəbistanı-ABŞ münasibətləri. Bakı 2007
- XX əsrin 50-60-cı illərində ABŞ-ın İranda siyasəti.Bakı 2008
- ABŞ-ın İsrail dövlətinin yaranmasında iştirakı, Aida İmamquliyevanın 70-illik yubileyinə həsr olunmuş konfrans, Bakı, 2009. s 175-178.
- II Dünya müharibəsindən sonra Suriya-ABŞ münasibətləri. BDU-nun 90-illik yubileyi ilə əlaqədar Tarix fakültəsi əməkdaşlarının elmi-praktik konfransı, Bakı, 2009 s. 351-357.
- XX əsrin 80-ci illərində Lubnən-ABŞ münasibətləri. Bakı Universitetinin Xəbərləri N4, Bakı 2011, s.142-151
- 1978-1979-ci illər İran İslam inqilabı və ABŞ BDU-Xəbərləri N2, Bakı, 2012 s. 76-81.
- İkinci dünya savaşından sonra Türkiyə-ABŞ. Tarix və onun problemləri N2, Bakı, 2013. s. 79-85.
- XIX yüzyılın ortalarında ABD-nin Orta Doğu Politikası (XIX yüzilliyin ortalarında ABŞ-in Orta Şərq siyasəti. Sultan Abdul Aziz ve Dönemi Semposiyumu. 12-13. dekabr, 2013. s 171-182.
- Kipr böhranının Türkiyə-ABŞ münasibətlərinə təsiri. BDU-Xəbərləri N4. 2014. s. 52-59
- 80-ci illərdə Yaxın Şərq böhranı və ABŞ mövqeyi. BDU-nun xəbərləri” №4, , Bakı -2015
- Urdun uğrunda İngiltərə-ABŞ rəqabəti BDU-nun xəbərləri” №2, Bakı -2015
- Kemp-Devid müqaviləsinin ABŞ-ın Yaxın Şərq siyasətində yeri. Tarix və Onun problemləri N4, 2016
- VIII uluslararası türk kültürü və kültürel mirası koruma simpozyumu, XX əsrin 60-cı illərində Türkiyə-ABŞ münasibətləri. 10 şubat 2016.
- "Yaxın və Orta Şərq ölkələri tarixi" fənn proqram. bakalavr pilləsi üçün.Bakı.2017. tərtib edən
KİTABLAR
- Asiya və Afrika ölkələrinin yeni tarixi. Metodik vəsait. Bakı, 1998
- Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi.Bakı, 2006
- Saudiyyə Ərəbistanı-ABŞ münasibətləri.Bakı, 2006
- Ərəb ölkələrinin orta əsrlər və yeni dövr tarixi. Monoqrafiya, Bakı, 2008
- Yaxın və Orta Şərq ölkələrinin yeni tarixi. dərslik. Bakı, 2010.
- Çağdaş ərəb ölkələrinin sosial-iqtisadi və siyasi inkişafının istiqamətləri. Bakı, 2012.