ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

SLAVYAN ÖLKƏLƏRİ


Slavyan ölkələri tarixi kafedrası. 2001-ci ildə Şərqi Avropa xalqları tarixi kafedrası əsasında təşkil edilmişdir. 1993-2014-cü illərdə kafedraya prof. Tofiq Vəliyev rəhbərlik etmişdir. Prof. T.T.Vəliyev Azərbaycan tarix elmində XIX-XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi inkişafı mövzusunun əsas tədqiqatçısı hesab edilir. 214 məqalə, 5 monoqrafiya, 9 dərs­lik, 5 dərs vəsaiti, eyni zamanda, orta məktəb dərsliklərinin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 14 nəfərdən artıq elmlər namizədi müdafiə etmişdir.

Tanınmış profes­sorlar Eldar İs­ma­yılov, Rəfael Sü­ley­­manov, Oqtay Əh­mə­dov, Əli Əli­yev, İd­ris Ağayev bu kafedrada çalış­mış və kafedranın inkişafında mühüm xidmətlər göstərmişlər. Hazırda kafedra­da professor Tahir Bax­­şəliyev, dosentlər Zo­ya Nuriyeva, Sev­da Hüseynova, Fazil Baxşəliyev, Abu­ta­lıb Cəlilov, baş müəl­lim­lər t.f.d.Mə­harət Osmanlı, Firdovsi İsmayılov, mü­əllim t.f.d. Si­tarə Mus­tafayeva və təd­ris-­köməkçi heyət üzvü t.f.d.Aynur Məmmədova çalışır.

Kafedra bakalavr pilləsində 5, magistr pil­ləsində 8 fənni təd­­­­ris edir. Kafedra əmək­­­­daşları Slavyan ölkələrinin tarixi, Azərbaycan tarixi və mədəniyyətinin müx­­­­­təlif prob­lem­lə­rini araşdırırlar. Bu problemlərlə bağlı «XX əsrin əvvəl­lə­rin­də Azər­baycan fəh­lə­­lərinin və­ziyyəti və tətil mü­barizəsi», «Azərbaycan ta­rixi. XX əsr», «XIX əs­rin axırı – XX əsrin əv­və­llərində slavyan öl­kə­­lərinin tarixi» (T.T.Və­liyev); «Ha­ki­­­miyyət və xalq. Mü­­­­haribədən sonra Azər­­baycanda sta­lin­­çilik», «Анастас Мико­ян – он про­хо­дил между струй» (E.R.İsma­yılov); «Azər­baycanda orta ixtisas təhsilinin inkişafı. 1920-1985» (R.C.Sü­leymanov); «Azər­baycan sə­na­ye­sində milli burjuaziya» (Z.N.Nu­ri­ye­va) və s. monoqra­fi­yalar çap olun­muş­dur. Ka­fedra­nın əmək­daşları orta məktəblər üçün «Azər­baycan tarixi» və «Ümumi tarix» dərs­­liklərinin yazılmasında yaxından iştirak edirlər.

 

Kafedra müəllimlərinin elmi pedaqoji tərkibi

 

Tədris olunan fənlər

  • Slavyan ölkələri tarixi
  • Rusiya tarixi

Kafedranın elmi istiqamətləri:

Kafedrada orta və ali məktəblər üçün dərsliklərin hazırlanması.

 

 

 

Bookmark and Share