Hüseynova Sevda
Hüseynova Sevda Bəhmən qızı
Tarix elmləri namizədi, dosent əvəzi
Tel:(+99412) 433-82-00; Mobil (+99412) 50 343-68-68
QISA BİOQRAFİK MƏLUMAT
- 1954-cü il noyabrın 13-də Azərbaycan Respublikası Yevlax şəhərində anadan olmuşdur.
- 1961-1971-ci illərdə Yevlax şəhər 2 saylı orta məktəbdə təhsil alaraq, oranı qızıl medalla bitirmiş və 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
- 1991-ci ilin fevral ayında «Azərbaycan qulluqçu həmkarlar ittifaqlarının yaranması və fəaliyyəti (1905-1914)» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
- Hal-hazırda «Azərbaycanda çarizmin iqtisadi siyasəti (1870-1917)» mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
ƏMƏK FƏALİYYƏTİ
- 1979-cu ildən 101 №-li Orta texniki peşə məktəbində tərbiyəçi-müəllim vəzifəsi ilə iş fəaliyyətinə başlamışdır.
- 1980-ci ildən Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi kafedrasında (oktyabr inqilabına qədərki dövr) laborant, baş laborant, müəllim, baş müəllim,
- 2001-ci ildən isə BDU-nun Slavyan ölkələri tarixi kafedrasında baş müəllim, 2005-ci ildən hal-hazıra qədər həmin kafedrada dosent əvəzi vəzifəsində çalışır.
- Fakültənin bakalavr şöbəsində isə «Rusiya imperiyası ərazisində milli hərəkatların başlanması (XIX əsrin II yarısı – XX əsrin əvvəlləri) problemi üzrə mühazirə və məşğələ dərsləri aparır.
- 18 məqalə, 1 kitabın müəllifidir.
TƏDRİS ETDİYİ FƏNLƏR
- Slavyan ölkələrinin tarixi -1
- Sivilizasiyalar tarixi
- Magistr kursu: XIX əsrin II yar - XX əsrin əvvəllərində Slavyan ölkələrində ictimai hərəkat.
TƏDQİQAT SAHƏSİ
- Azərbaycanda çarizmin inqilabi siyasəti (1870-1917).
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Birinci Rus inqilabı illərində Bakıda ictimai təşkilatlar (Orta təbəqənin həmkarlar ittifaqlarının yaranması və fəaliyyəti). Monoqrafiya. Bakı, 2003.
- Slavyan ölkələri tarixi. Proqram, Bakı, 2004.
- XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixində Ə.Topçubaşov istiqaməti. Bakı Universitetinin Xəbərləri, Humanitar seriya, № 2, Bakı, 2007.
- Qərbi slavyan ölkələrində sənaye çevrilişlərinin başlanması. Tarix və onun problemləri, №1, Bakı, 2007.
- Orta əsr Ərəş şəhəri. Tarix və onun problemləri, №3, Bakı, 2007.
- Slavyan ölkələri tarixi. Proqram, Bakı, 2008.
- Slavyan ölkələri tarixi. Tarix fakültəsinin qiyabi şöbəsində tədris qrafikinin yerinə yetirilməsinə dair Tövsiyyələr. Bakı, 2008.
- Çex milli hərəkatı və onun istiqamətləri. Tarix və onun problemləri, № 4, Bakı, 2008.
- General S.Mehmandarov və hərb sənəri. Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal) General Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışынын №4, 2015
- 1905-1907 ci illər inqilabı və Russiya müsəlman milli hərəkatı. Tarix və Onun problemləri N 3, 2016 səh 114-119
- Reç-Pospolitanın siyasi inkişafı ( XVI-XVII əsrlər) s. 36-45 Tarix və Onun problemləri N4, 2016.
- "Slavyan Ölkələri Tarixi" fənni üzrə bakalavr pilləsi üçün proqramm, Bakı, 2017 həmmüəllif
- «Osmanlının qürüb çağına daxil olmasında Rusiyanın yeri» Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal)2017 №4 sayında
- Программа «История славянских стран» для степени бакалавра, Баку, 2017, AMEA-nın mətbəsində, 4,25 ç.v.
- 1. Oktyabr inqilabından istiqlala gedən milli şərəf yolu.2, Müstəqil Azərbaycanda Gender Bərabərliyi Cümhuriyyətinin Mənəvi İrsi Kimi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları. 21-23 May, 2018 s.254-257.
- Azərbaycanda XIX əsrin sonlarında başlanan intellektual sıçrayış-yeni ziyalı nəslinin formalaşması. Tarix və Onun Problemləri, 2019 N3, s 32-35