ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

AVROPA VƏ AMERİKA ÖLKƏLƏRİNİN YENİ VƏ MÜASİR TARİXİ KAFEDRASI


Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi Kafedra 1924-cü ildə Ümumi tarix kafedrasının tərkibində fəaliyyətə başlayıb. 1980-ci ildən Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası adı ilə müstəqil fəaliyyət göstərir. Kafedra müdiri prof. M. B. Fətəliyevdir. .

Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında Azərbaycanın xarici ölkələrlə əlaqələri və beynəlxalq münasibətlər tarixini araşdıran mütəxəssislər qrupu formalaşmışdır ( M. B. Fətəliyev, M. C. Qasımlı, R. X. Hüseynov, E. A. Hüseynova, R.Q. Hətəmov, T. N. Abbasov, M.Ə. Baxışov). Bu elmi istiqamət üzrə araşdırmalara uzun müddət prof. R.A. Orucov başçılıq etmişdir.

Kafedranın əməkdaşları 2000-ci ildən başlayaraq Avropa və Amerika ölkələrinin yeni tarixi; Avropa və Amerika ölkələrinin müasir tarixi; Beynəlxalq münasibətlər tarixi: Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti mövzuları üzərində tədqiqat işi aparırlar.

Kafedrada Azərbaycanın xarici ölkələrlə əla­qələri və beynəlxalq münasibətlər tarixini araşdıran mütəxəssislər qrupu formalaşmışdır. Hazırda kafedra əməkdaşları Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi; Beynəlxalq mü­nasibətlər tarixi; Azərbaycan Respublikasının xarici siyasəti mövzuları üzərində tədqiqat aparırlar.

Hazırda 1945-2000-ci illərdə Yunanistan-Türkiyə münasibətlərində Kipr məsələsi və böyük dövlətlər ( M. B. Fətəliyev); XX əsrin 20-45-ci illərində istiqlal mübarizəsinin ölkə daxilində və xaricdə təşkilatı əsasları və xarici dövlətlərin münasibəti ( M.C. Qasımlı); Müasirlərin memuarlarında Böyük Fransa inqilabının səbəbləri barəsində baxışlar ( R. Q. Hətəmov);Şərqi Avropa ölkələrinin quruluşunun transformasiyası ( E. Ə. Hüseynova); XX əsrin sonu - XXI əsrin əvvəllərində ABŞ-ın Yaxın və Orta Şərq siyasəti ( T. N. Abbasov)  və başqa mövzular üzərində tədqiqatlarını davam etdirirlər.

Yuxarıdakı araşdırmaların nəticəsi olaraq kafedra əməkdaşları tərəfindən “Türkiyə diplomatiyası və Balkanlar” ( M. B. Fətəliyev); “Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1991-1995”; “Azərbaycanın xarici siyasəti: konsepsiya məsələləri”; “ Xarici dövlətlər və Azərbaycan” ( M. C. Qasımlı) nəşr etdirmişlər.

2000-2019-cü illərdə kafedra üzvlərinin aşağıdakı monoqrafiyaları, dərslikləri və dərs vəsaitləri nəşr edilərək oxucuların istifadəsinə verilmişdir: “Türkiyə, Yunanistan və böyük dövlətlər Birinci dünya müharibəsi ərəfəsində və illərində”;”Yunanistan, Türkiyə və böyük dövlətlər 1919-1922-ci illərində”; Balkan Antantasının yaradılması və fəaliyyəti”; ”Avropa və Amerika ölkələrinin müasir tarixi” II hissə ( həmmüəlliflə), “ Türkiyə Yunanistan və böyük dövlətlər Lozan konfrasında”, “Türkiyə məsələsi və böyük dövlətlər beynəlxalq konfranslarda, Sevr müqaviləsi”, “Турция и Балканские государства в 1919-1938 гг ( Внешнеполитические проблемы Турции на Балканах) (М. Б. Фаталиев),; “Beynhəlxalq münasibətlər tarixi ( XVII əsrin ikinci yarısından 1871-ci ilədək)”; “ Beynəlxalq münasibətlər tarixi 1918-2003-cü illər”; “Beynəlxalq münasibətlər nəzəriyyəsi” (M.Ə. Baxışov); “ Heydər Əliyev-istiqlala gedən yol”; “ Avropa və Amerika ölkələrinin müasir tarixi” I hissə (1918-1945); “Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918 ci illər)”, “Azərbaycan beynəlxalq mədəni əlaqələrdə (1946-1990)”; “ Azərbaycan türklərinin milli-mücadilə tarixi. 1920-1945”; “SSRİ-Türkiyə münasibətləri ( Türkiyədə 1960-cı il çevrilişindən SSRİ-nin dağılmasınadək)”. I-II cildlər. 1960-1991 ( M. C. Qasımlı), " Феномен "Арабской весны" с призмы американской политики "управляемого хаоса" ( Т.Н. Аббасов),  "Приоритеты ближневосточной политики США в конце XX - начале XXI  вв." ( Т.Н. Аббасов), "Итоги "демократизации" Большого Ближнего Востока: взгляд из Вашингтона" ( Т. Н. Аббасов).

Kafedranın əməkdaşları M. B. Fətəliyev, M.C. Qasımlı, E. A. Hüseynova, R. Q. Hətəmov, T. N. Abbasov, M. Ə. Baxışov  müntəzəm olaraq beynəlxalq konqres, simpozium və konfranslarda iştirak və çıxış edirlər.

Kafedra müəllimlərinin elmi-pedaqoji tərkibi

Bakalavr

1.Avropa və Amerika ölkələrinin yeni tarixi

2.Avropa və Amerika ölkələrinin müasir tarixi

3.Kanada tarixi

4.Latın Amerikası ölkələri tarixi

5.ABŞ-ın mədəniyyət və incəsənəti

6.ABŞ-ın Cənubi Qafqaz siyasəti

7.Amerika tarixi-2

8.Sivilizasiyalar tarixi

9.Amerikaşünaslığa giriş

10.ABŞ-ın regional və milli təhlükəsizliyi

11.ABŞ-ın siyasi sistemi və xarici siyasəti

  • Magistratura

1.Balkan problemləri və beynəlxalq münasibətlər (XX əsrin 20-30-cu illəri)

2.SSRİ-Türkiyə münasibətlərində ABŞ faktoru (1960-1991)

3.İkinci Dünya müharibəsi ərəfəsində və dövründə beynəlxalq münasibətlər

4.ABŞ-ın Yaxın Şərq siyasəti

5.Türkiyə, Yunanıstan və böyük dövlətlər I Dünya müharibəsi ərəfəsində və illərində

6.Müasir beynəlxalq münasibətlərin aktual problemləri

7.Avropa İttifaqı beynəlxalq münasibətlər sistemində

8.ABŞ və Avropa İttifaqı

9.Azərbaycan Respublikası aparıcı Qərb dövlətlərinin xarici siyasətində

10.Kanadanın xarici siyasəti (1867-2012)

11.ABŞ-ın xarici siyasətində Yaxın Şərq problem

12.ABŞ və SSRİ-Türkiyə münasibətləri (1960-1991)

13.XX əsrin sonları- XXI əsrin əvvəllərində ABŞ-ın xarici siyasəti

14.II Dünya müharibəsi illərində ABŞ-Böyük Britaniya münasibətləri (1939- 1945)

Kafedranın elmi istiqamətləri

İstiqamət: Avropa və Amerika ölkələrinin yeni tarixi İstiqamət: Avropa və Amerika ölkələrinin müasir tarixi İstiqamət: Beynəlxalq münasibətlər tarixi. Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti

Bookmark and Share