ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Hətəmov Rövşən

RÖVŞƏN QABİL OĞLU HƏTƏMOV

Tarix elmləri namizədi, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosent əvəzi
Tel:(+99412 ) 4390121
E-mail:rovshan17@yandex.ru

QISA BİOQRAFİK MƏLUMAT

  • Hətəmov Rövşən Qabil oğlu 1966-cı il dekabrın 29-da Neftçala şəhərində anadan olmuşdur.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1983-cü ildə BDU-nun Tarix fakültəsinə qəbul olunmuşdur.
  • 1987-ci ildə BDU-nun və Azərbaycan Respublikasının Xalq Təhsili nazirliyinin məqsədli göndərişi ilə təhsilini davam etdirmək üçün Sankt-Peterburq Dövlət Universitetinin Tarix fakültəsinə göndərilmişdir
  • 1990-cı ildə Sankt-Peterburq Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2006-cı ildə «Almaniya-Osmanlı münasibətlərində Azərbaycan amili (1917-1918-ci illər)» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • 1990-cı ildə BDU-nun Tarix fakültəsində tarixi tədqiqatlarda EHM və riyazi üsulların tətbiqi Elmi-tədqiqat laboratoriyasında baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
  • 1991-1992-ci illərdə Azərbaycan maddi-mədəniyyət tarixi ETL-nə elmi işçi vəzifəsində çalışmışdır.
  • 1992-ci ildə Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasına baş laborant vəzifəsinə qəbul olmuşdur.
  • 1993-1995-ci illərdə həmin kafedrada asistent, 1995-1996-cı illərdə müəllim, 1996-2007-ci llərdə isə baş müəllim vəzifəsində çalışmışdır.
  • Hal-hazırda həmin kafedrada dosent əvəzi vəzifəsində çalışır.
  • «Avropa və Amerika ölkələrinin yeni tarixi», «Avropanın yeni tarixi», «Kanada tarixi» fənnlərini tədris edir.
  • 22 elmi məqalə və bir neçə metodik vəsaitin müəllifidir.

TƏDQİQAT SAHƏSİ

  • XVIII əsr Fransa burjua inqilabı onun müsirlərinin memuarlarında; Birinci Dünya müharibəsi illərində Almaniya və Osmanlı dövlətlərinin Qafqaz siyasətləri; XVII-XIX əsrlərdə İngiltərə, Fransa, Prussiya və Avstriya monarxları.
  • Vətəndaş müharibəsi ərəfəsində ictimai rəy

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Azərbaycan Birinci Dünya Müharibəsi illərində böyük dövlətlərin xarici siyasətində// elmi məruzənin tezisləri/ Azərbaycan Xalq Cümhuriyyəti tarixinin aktual problemləri. Beynəlxalq elmi sessiya (mart-may2003). Altıncı iclas. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması. 7 aprel 2003-cü il. Materiallar. Bakı, 2003 s. 14-19
  • «Beynəlxalq münasibətlər tarixi» //metodik göstəriş /Tarix fakültəsinin qiyabi təhsil alantələbələri üçün ixtisas fənnlərindən metodik göstərişlər. ( III-V kurslar). Bakı, 2003 s.51-68
  • «Avropa və Amerika ölkələrinin yeni tarixi» fənninin proqramı (I dövr, 1640 -1870-ci illər)//proqram/ «Adiloğlu» nəşriyyatı , Bakı 2003, 46 s., 2,8 ç.v.
  • «Azərbaycan Xalq Cümhuriyyəti» ensiklopediyası //məqalələr/I cild, Bakı, 2004; II cild, Bakı 2005, 2 ç.v. (Həmmüəllif)
  • Almaniya və Osmanlı dövlətinin Cənubi Qafqazdakı milli qüvvələrdən birinci dünya müharibəsi dövründə istifadə etmək cəhdləri// məqalə/ Tarix və onun problemləri, 2006, №1 s.53-61
  • «Kanada tarixi» fənninin proqrammı//AzTU-nun mətbəəsi, Bakı, 2007,16 s, 2 ç.v.
  • Denstervilin Bakıya hərbi ekspedisiyası haqqında.//Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Tarix fakültəsi əməkdaşlarının elmi-praktik konfransının materialları.Bakı, 2008, s.288-295
  • Sovet Rusiyası-Almaniya «Əlavə müqaviləsi»nin (27 avqust 1918-ci il) meydana çıxması səbəbləri haqqında// Bakı Universitetinin xəbərləri. Humanitar elmlər seriyası. 2008, №4 Birinci dünya müharibəsi illərində Bakı nefti Almaniyanın hərbi-siyasi planlarında. //Ta-rix və onun problemləri, 2008, №1-2 s.124-133
  • Tarix fakültəsinin qiyabi şöbəsində tədris qrafikinin yerinə yetirilməsinə dair tövsiy-yələr. Bakı, 2008 (Həmmüəllif)
  • Böyük Vətən müharibəsi illərində Şimali Qafqazda nasist işğalı rejimi – Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası), № 1, 2014. səh. 69-76
  • Böyük Vətən Müharibəsi illərində SSRİ-də hərbi vətənpərvərlik təbliğatı – Tarix və onun problemləri, № 2, 2014. səh. 140-146
  • “Avropa və Amerika ölkələrinin yeni tarixi”, bakalavriat üçün – 2 ç.v.2014
  • “Böyük Vətən müharibəsi illərində Sovet dövlətinin İslam dini ilə bağlı siyasəti”, Tarix və onun problemləri, №2, 2015, səh. 180-186.
  • İkinci Dünya Müharibəsi Ərəfəsində Almaniyanın Təbliğat Aparatı. Bakı. Tarix və Onun Problemləri. 2016 №2
  • Azərbaycan SSR-nin Neft sənayəsində 1942-ci ilin avqust-oktyabrında həyata keçirilən xüsusi tədbir haqqında. Tarix və Onun problemləri. N4. s 88-93. 2016.
Bookmark and Share