ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Elmi-pedaqoji kadrların, gənc mütəxəssislərin hazırlanması istiqamətində iş

Kafedrada elmi-pedaqoji kadrların və gənc mütəxəssislərin hazırlanması, həmçinin tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması istiqamətində istiqamətində mühüm islər görülür. Kafedranın təşkilatçılığı ilə doktorant və dissertantların, həmçinin tələbələrin iştirakı ilə respublika və universitet səviyyəli konfranslar, elmi seminarlar, müxtəlif layihələr həyata keçirilir. Bundan əlavə, kafedra əməkdaşlarının rəhbərliyi ilə tələbələr məqalələr yazır, araşdırmalar aparır, məruzələrlə Universitet, Respublika və beynəlxalq səviyyəli konfranslarda çıxış edir, qrant və layihələrə qoşulurlar. Kafedranın nəzdində “Türk dünyası. Gənc tədqiqatçılar” dərnəyi fəaliyyət göstərir.

2017-ci ildən dərnəyin "Türk Dünyası Gənc tədqiqatçılar dərnəyinin Araşdırmaları" adlı jurnalının nəşrinə başlanılıb.

Kafedra həmçinin magistratura təhsil pilləsini bitirmiş perspektivli gənclərin kafedranın tədris və elmi fəaliyyətinə cəlb eilməsi işinə mühüm diqqət yetirir. Ümumiyyətlə, yaradıldığı vaxtdan bu günə qədər kafedrada 3 doktorluq, 9 namizədlik dissertasiyası yerinə yetirilib.

Doktorluq dissertasiyaları:

  1. “Müstəqil Azərbaycan dövlətinin formalaşmasında və möhkəmlənməsində Heydər Əliyevin rolu” - İ.M.Hüseynova (2004)
  2. “XIX-XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda nəqliyyatın inkişafı” - Q.Ə.Əliyev (2003)
  3. A.R.Göyüşov (2000-ci il (28 aprel 2000-ci il, protokol №7) və 2001-ci illərdə (26 aprel 2001-ci il tarixli №5 protokol) müzakirə edilərək müdafiyə təqdim olunmuşdur)

Namizədlik dissertasiyaları:

  1. “Səfəvi – Fransa münasibətləri (XVII – XVIII əsrlərdə)” – Zeynəb Hatəmzad (2015)
  2. “Azərbaycan-Türkiyə idman-turizm əlaqələri (1991-2008-ci illər)” – E.C.İsmayılova (2014)
  3. “XX əsrin sonu – XXI əsrin əvvəllərində Cənubi Qafqazda separatizm” – R.Ş.Həsənov (2009)
  4. “Türkiyə-ABŞ münasibətləri 1991-2007-ci illərdə” – G.S.Əliyeva-Məmmədova (2009)
  5. “Azərbaycanın müstəqil türk dövlətləri ilə siyasi münasibətləri (XX əsrin 90-cı illəri)” – S.F.Ruintən (2007)
  6. “Orta Asiyada müstəqil türk dövlətlərinin yaranması və Türkiyə ilə qarşılıqlı əlaqələr (XX əsrin 90-cı illəri)” – N.A.Məmmədli (2005)
  7. “Skif problemi rus və sovet tarixşünaslığında (tarixi-arxeoloji tədqiqat)” – A.Q.Hüseynova (2005)
  8. “1917-1920-ci illər Azərbaycan tarixi Türkiyə tarixşünaslığında” – İ.Q.Ağayev (1994)
  9. "İttihadi-İslam firqəsinin yaranması və fəaliyyəti" – A.R.Göyüşov (1993)

Hazırda kafedrada tarix elmləri doktoru proqramı üzrə 1, tarix üzrə fəlsəfə doktoru proqramı üzrə 4 dissertasiya üzərində iş gedir.

Tarix elmləri doktoru proqramı üzrə:

  1. Cənubi Qafqazın təhlükəsizlik problemləri və Türkiyə Cümhuriyyəti (t.f.d.Sevinc Ruintən)

Tarix üzrə fəlsəfə doktoru proqramı üzrə:

Bookmark and Share