ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Türk dünyası gənc tədqiqatçılar dərnəyinin növbəti iclası keçirilib

15/04/2016

15 aprel 2016-cı ildə “Türk dünyası gənc tədqiqatçılar” dərnəyinin Türk xalqları tarixi kafedrasının müəllimi t.ü.f.d.Səidə Quliyevanın sədrliyi ilə növbəti iclası keçirilib. İclasda dərnək üzvü, Türkiyəşünaslıq ixtisası üzrə I kurs magistrantı Rauf Həsənovun “Türkiyədə gender məsələsi. İslam dəyərləri və milli adət-ənənə” mövzusunda təqdimatı dinlənilib (Elmi məsləhətçi: Türk xalqları tarixi kafedrasının dosenti Sənubər İsmayılova). R.Həsənov Türkiyə Cümhuriyyəti qanunlarında və şəriət qaydalarında qadın hüquqları; milli adət-ənənələrin dinlə qarışdırılması və bunun qadın hüquqularında əksi məsələlərə xüsusi diqqət yetirməyin lazım olduğunu vurğulayıb. Təqdimatdan sonra mövzu üzrə müzakirə keçirilib. R.Həsənov dərnək üzvlərinin suallarını cavablandırıb (gender məsələsi nədir; qadına münasibətdə fərqli yanaşmaların səbəbləri; həyat tərzinin qadınların düşüncəsinə təsiri; ümumilikdə feminizm və Türkiyədə feminizm və s.). Müzakirələrdə Türk xalqları tarixi kafedrasının müəllimləri prof.İsmayıl Məmmədov, dosent Sevinc Ruintən, t.ü.f.d.Xatirə Ağayeva da iştirak ediblər. İslasda həmçinin Tarix fakültəsinin elmi işlər, magistratura və doktorantura üzrə dekan müavini professor Sevda Süleymanova da iştirak edib. Prof.S.Süleymanova dərnək üzvlərinə görkəmli Azərbaycan islamşünası Əhmədbəy Ağayevin İslamda qadın haqları ilə bağlı fikirləri, araşdırmaları haqda məlumat verib.. Daha sonra dərnək üzvləri aprel ayının əvvəllərində Azərbaycan – Ermənistan cəbhə bölgəsindəvəziyyət və Dağlıq Qarabağ problemi ətrafında yaşanmış gərginliklə bağlı fikir mübadiləsi aparılıblar.


Bookmark and Share