ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU-da “Elmi tədqiqat nədir və necə aparılmalıdır?” mövzusunda seminar keçirilib.

10/10/2016

Oktyabrın 8-də BDU-da Tarix fakültəsi, Dünya azərbaycanlıları elmi-tədqiqat laboratoriyası, Türk xalqları tarixi kafedrası və kafedranın nəzdində fəaliyyət göstərən “Türkdünyası gənc tədqiqatçılar” dərnəyinin təşkilatçılığı ilə “Elmi tədqiqat nədir və necə aparılmalıdır?” mövzusunda seminar keçirildi. Seminarda elmi-tədqiqat mövzusunun seçilməsi, hipotezin qoyuluşu, tədqiqatların növləri və tədqiqat metodları, müvafiq tədqiqat strukturları, akademik yazı qaydaları, materialların toplanması, plagiata yol verməmək və digər vacib məsələlər izah edildi. Seminarı Tarix fakültəsinin dekanı dos.A.Ə.Rzayev açdı və bu mövzunun akademik təhsil alan və elmi-tədqiqatla məşğul olan hərkəs üçün vacibliyinibildirdi. Seminarın rəhbəri və məruzəçisi Bakı Dövlət Universitetinin böyük elmi işçisi, 2016-cı ilin mart-iyul aylarında Təhsil Nazirliyivə ADA Universitetinin təşkil etdiyi “Tədqiqat metodlarına dair proqram ıniştirakçısı t.f.d.Səidə Quliyeva olub. Seminarda elmi-tədqiqat mövzusunun seçilməsi, hipotezin qoyuluşu, tədqiqatların növləri və tədqiqat metodları, müvafiq tədqiqat strukturları, akademik yazıqaydaları, materialların toplanması, plagiata yol verməmək və digər vacib məsələlərbarəd əməlumat verilib, elmi-tədqiqat mexanizmi izahedilib. Seminarda bakalavr, magistr və doktorantlar, müəllimlər iştirakediblər.


Bookmark and Share