2 aprel 2016-cı il tarixdə Tarix fakültəsində “Türk dünyası gənc tədqiqatçılar dərnəyi”nin təşkilatçılığı ilə Türk xalqları tarixi kafedrasının müəllimi, Britaniyada natiqlik sənəti üzrə təcrübə keçmiş Cavid Əlisgəndərli tərəfindən BDU-nun Tarix və Beynəlxalq münasibətlər fakültələrinin, həmçinin “Sabah” qruplarından bir qrup tələbənin iştirakı ilə ingilis dilində “Düşüncələri fəth etmə məharəti: natiqlik sənəti” mövzusunda təlim keçirildi. Saat yarım davam edən təlimin tələbələrin dünyagörüşünün daha da genişlənməsi, eyni zamanda ingilis dili bacarıqlarının təcrübədə inkişafı baxımından çox faydalı olduğunu düşünürük.