ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Türk xalqları tarixi kafedrasının təşəbbüsü ilə BDU-nun “tarix” ixtisası üzrə III kurs Sabah qrupu tələbələrinin təqdimatında elmi seminar keçirilib

13/04/2016

13 aprel 2016-cı il tarixdə Tarix fakültəsinin "tarix ixtisası" üzrə III kurs Sabah qrupu tələbələrindən Əliəşrəf Abdulrazaqov və Minarə Paşayevanın təqdimatında "Türkiyə tarixi" fənni çərçivəsində "Osmanlı ordusu" mövzusunda elmi seminar keçirilib. Seminarda fakültənin elmi işlər, magistratura və doktoranratura üzrə dekan müavini prof.Sevda Süleymanova, Sabah qrunun “Türkiyə tarixi” fənni üzrə müəllimi dos.Sevinc Ruintən, Türk xalqları tarixi kafedrasının müəllimi t.ü.f.d.Səidə Quliyeva, tarix fakültəsinin Sabah qrupu, həmçinin bakalavr və magistrantları iştirak ediblər. Seminarda Osmanlıda ordu təşkilatının yaranması, əsas ordu hissələri, hərb sənəti və s. ilə bağlı məlumatlar verilib. Təqdimatın sonunda müasir Türkiyənin hərbi gücünü əsk etdirən, 2016-cı il məlumatları əsasında hazırlanmış video nümayiş etdirilib. Daha sonra Osmanlının, ümumilikdə türk xalqlarının hərb sənəti ilə bağlı seminar iştirakçılarının əlavələri dinlənilib, sualları cavablandırılıb. Sonda tədbirdə iştirak edən Tarix fakültəsinin Amerikaşünaslıq ixtisası üzrə III kurs tələbəsi Aytəkin Allahverdilinin ifasında “Cənab leytenant” və digər mahnılar dinlənilib.


Bookmark and Share