23 aprel 2016-cı il tarixdə saat 12.00-da Türk xalqları tarixi kafedrasının nəzdində fəaliyyət göstərən Türk dünyası gənc tədqiqatçılar dərnəyində növbəti müzakirə keçirilib. Dərnək üzvü Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Alı Çırak "Türk savaş sanatları, silahları ve Türk ordusu" mövzusunu təqdim edib. Təqdimat slayd, video və canlı göstərilərlə keçirilib - canlı olarak qılınc savaş sənətindən elementlər nümayiş etdirilib, türk savaş tərzi ilə Avropa savaş tərzi arasındakı fərqlər izah edilib. Həm öyrədici, həm də əyləncəli 2 saatlıq təqdimatda dərnək üzvü olmayan tələbələr də iştirak ediblər.