Qafqaz xalqları tarixi kafedrası 2011-ci ildə yaradılmışdır. Yarandığı tarixdən kafedranın müdiri prof. İradə Hüseynovadır. Prof. İ.M.Hüseynova dünya elm tarixində görkəmli dövlət və siyasi xadim, Ümummilli lider Heydər Əliyev haqqında ilk doktorluq dissertasiyasının, həmçinin 200-dən çox elmi əsərin, o cümlədən Əliyevşünaslıq elminə dəyərli töhfələr verən «Dövlətçilik naminə», «Müstəqilliyimizin təminatçısı», «Müstəqil Azərbaycan dövlətinin qurucusu», «Гейдар Алиев – от политического руководителя к общенациональному лидеру» monoqrafiyalarının, «Qafqazın tarixi ensiklopediyası»nın müəllifidir və «Tarix. Zaman. Düşüncələr» adlı 5 cildlik əsərini çapa təqdim etmişdir.
Kafedranın əsas elmi-tədqiqat və tədris istiqamətləri qədim dövrlərdən müasir dövrədək Qafqaz xalqlarının tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı, siyasi durumu, ənənələri, dilləri, beynəlxalq əlaqələri, xarici siyasəti və s. elmi cəhətdən öyrənmək və tədris prosesində tətbiq etməkdir.
Eyni zamanda, «Qafqaz xalqları tarixi» dərsliyi, fənn proqramı və metodik vəsaiti, «Qafqazın qədim cəmiyyət və dövlətləri» proqramı, «Qafqazda müstəqil dövlətlərin qarşılıqlı münasibətləri» proqramı (Q.Ə.Əliyev); «Qafqaz xalqları tarixi» və «Dağıstan tarixi» dərslikləri, «Dağıstan tarixi» proqramını (R.O.Qurbanov) da tədris prosesində istifadə olunur. Kafedrada kadr hazırlığına xüsusi diqqət yetirilir. Hazırda kafedrada prof. İ.M.Hüseynovanın elmi rəhbərliyi ilə doktorantlar Aynur Hüseynova elmlər doktoru və Əzim Heydərov isə fəlsəfə doktoru mövzuları üzərində tədqiqat aparırlar.
Kafedra bakalavr pilləsində 7, magistr pilləsində 7 fənni tədris edir. Qafqaz xalqları tarixi kafedrasında tədris olunan fənlərlə əlaqədar dərslik, metodik vəsait və proqramların çapına xüsusi diqqət ayrılır. Bu məqsədlə kafedra müdiri prof.İ.M.Hüseynovanın Qafqazşünaslığın inkişafına mühüm töhfə olan «Qafqaz xalqlarının tarixi» və «Heydər Əliyev və Qafqazda sülh prosesi» adlı fundamental dərslikləri, Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramları və dərs vəsaiti, «Qafqazşünaslığa giriş» tədris proqramı, magistr hazırlığı üçün «Heydər Əliyev və Qafqazda sülh prosesi» tədris proqramı və digər tədqiqatları tədris prosesində geniş surətdə tətbiq olunur. Prof.İ.M.Hüseynovanın monoqrafiyaları, o cümlədən «Qafqazın tarixi ensiklopediyası» dünyanın 63 ölkəsinin aparıcı milli kitabxanalarına göndərilmişdir. Qafqaz xalqlarının fənnindən ümumi kurs proqramları, dərs vəsaitləri isə respublikanın bir çox universitetlərində, həmçinin xarıcı ölkələrdə – Almaniya, İngiltərə, Rusiya, Gürcüstanın ali məktəblərində Qafqaz tarixinin tədrisi üçün əsas olmuşdur. Hazırda kafedrada professorlar İradə Hüseynova, Qabil Əliyev, dosent Rafiq Qurbanov, fəlsəfə doktoru-baş müəllim Aynur Hüseynova çalışır.
Kafedra müəllimlərinin elmi-pedaqoji tərkibi
Hüseynova İradə Mehtiqulu q. - prof., kafedra müdiri
Əliyev Qabil Əli o. - prof.
Hüseynova Aynur Qardaş q. - t.f.d., dos.
Qasımova Türkan İlqar q. - b/laborant
Kafedranın elmi-tədqiqat istiqamətləri
"Qafqaz tarixi (qədim dövrlərdən müasir dövrə qədər"