ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Mevlana mübadilə proqramı

 

Mevlana proqramı – Türkiyə ali təhsil müəssisələri ilə dünya dövlətlərinin ali təhsil müəssisələri arasında mübadilə proqramıdır. Türkiyə Ali Təhsil Qurumunun (Yüksek Öğretim Kurumu - YÖK) 23 Avqust 2011 tarixli 28034 saylı qərarı ilə həyata keçirilməsinə başlanılmışdır.

Ətraflı məlumat üçün bax:

BDU-nun Mevlana Protokolu imzaladığı Türkiyə Universitetlərinin siyahısı (siyahıda tarix ixtisası üzrə mübadilənin nəzərdə tutulduğu Universitetlərin adları qeyd olunub)

Azərbaycandan proqramda iştirak üçün kimlər müraciət edə bilərlər

  • Ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil pilləsində təhsil almaqda olan tələbələr, doktorantlar (lisans, yüksek lisans ve doktora öğrenciler);
  • Ali təhsil müəssisələrinin müəllimləri (öğretim elemanları).

Ali təhsil müəssisəsi tələbələrindən proqramda iştirak üçün kimlər müraciət edə bilməzlər

  • Buraxılış kursu tələbələri: IV kurs bakalavr, II kurs magistrantlar və sonuncu il doktorantlar
  • Azərbaycanda təhsil alan Türkiyə vətəndaşı tələbələr

MÜRACİƏT (BAŞVURU) ŞƏRTLƏRİ
Tələbələrin proqrama müraciət edə bilmələri üçün ilkin tələblər

  • Bakalavr tələbələrin ümumi akademik not ortalaması 4 üzərindən ən az 2,5 olmalıdır (100-lük sistemdə - ən az 65 bal),
  • Magistrant və doktorantların ümumi akademik not ortalaması 4 üzərindən ən az 3 olmalıdır (100-lük sistemdə - ən az 76,66 bal)
  • Dil bilikləri haqda sertifikat (türk dilində təhsil üçün müraciət edəcək tələbələr – TÖMER; ingilis dilində təhsil üçün müraciət edəcək tələbələr -TOEFL, İELTS)

Qeyd: * Universitetlərin “4-lük” sistemin “100-lük” sistemə çevrilməsi ilə bağlı fərqli “karşılık tablosu” ola bilir. Fərqlərin ortaya çıxması mümkündür, belə olduqda hansı “tablo”ya üstünlük veriləcəyinə qəbul edən universitetlər özləri qərar verirlər. Bakı Dövlət Universitetindən “gedən tələbələrin” sənədlərinin hazıranması zamanı Türkiyə Yüksek Öğretim Kurulunun rəsmi internet səhifəsindən götürülmüş cədvəldən istifadə ediləcək. Lakin gediləcək Universitetlə qərarımızda fərq yaranarsa, son qərar gediləcək Universitetə aid olacaq. YÜKSEKÖĞRETİM KURULU 4’lük Sistemdeki Notların 100’lük Sistemdeki Karşılıkları

** TÖMER – türk dili haqqında sertifikat. Ətraflı məlumat, sertifikat almaq üçün imtahanlarda iştirakla bağlı Bakı Yunus Emre İnstitutuna müraciət etmək mümkündür. Bakı Yunus Emre İnstitutu əlaqə: http://baku.yee.org.tr/az/contact

MÜRACİƏT ÜÇÜN (BAŞVURU) İLKİN MƏRHƏLƏDƏ HAZIRLANMALI OLAN SƏNƏDLƏR

Tələbələr üçün müraciət sənədləri (Başvuru Belgeleri)

Müəllimlər (Öğretim Elemanları) üçün müraciət (Başvuru) sənədləri

Qeyd: İlkin mərhələdə proqramda iştirak üçün bu sənədlər hazırlanmalıdır. Seçim mərhələsini keçdikdən sonra və proqramda iştirak başa çatdığı zaman doldurulmalı olan sənədlər haqda proqramda iştirak üçün seçiləcək hər kəsə əlavə məlumat veriləcək.

Proqrama müraciət etmək istəyən tələbələr (öğrenciler) necə seçim etməlidirlər

1) İlk növbədə, gediləcək Universitet müəyyənləşdirilməlidir. Bunun üçün Bakı Dövlət Universitetinin Mevlana protokolu imzaladığı Universitetlər siyahısından getmək istənilən ixtisas üzrə mübadilənin nəzərdə tutulduğu Universitetlər arasında seçim edilməlidir.

2) Proqramda iştirakın vaxtı müəyyənləşdirilməlidir. Tələbələr üçün – 4 – 8 ay (1 vəya 2 semestr). Dəqiq müddət Universitetlər arasında imzalanmış protokollarda öz əksini tapır.

3) Tyutorlardan proqramda iştirak etmək istədirkləri il + ondan sonrakı ilin/illərin tədris planını əldə edirlər. Getmək istədikləri Universitetin uyğun ixtisas üzrə tədris planını həmin universitetin internet səhifəsindən əldə edirlər.

Gedəcəkləri universitetdə keçilən uyğun dərsləri müəyyənləşdirirlər.

Diqqət: Bakalavr tələbələr üçün dərslərin mütləq 1 kursa aid olması vacib deyil. Mütləq olan: 1) Gediləcək semestrdə vəya semestrlərdə BDU-da yığılmalı olan kreditlərin toplam sayının gediləcək Universitetdə yığılması; 2) Gediləcək Universitetdə keçiləcək dərslərin ən az 6-sının BDU-da keçilməli olan dərslərlə üst-üstə düşməsi (mütləq gedilən kursda deyil. Vacib, ardıcıl olmayan dərslər sonrakı kurslara da aid ola bilər). Seçim edib proqramda iştiraka başladıqdan sonra əvvəlcədən seçilmiş dərslərdən yalnız 1 vəya 2-si dəyişdirilə bilər (mütləq səbəbi göstərilməklə).

Magistarntlar gedəcəkləri Universitetlərdə 1 vəya 2 semestr təhsil alacaqlarından asılı olaraq, 30 vəya 60 kredit yığmalıdırlar (1 semestr üzrə 30 kredit).

Proqrama müraciət etmək istəyən müəllimlər (öğretim elemanları) necə seçim etməlidirlər

1) İlk növbədə, gediləcək Universitet müəyyənləşdirilməlidir. Bunun üçün Bakı Dövlət Universitetinin Mevlana protokolu imzaladığı Universitetlər siyahısından getmək istənilən ixtisas üzrə mübadilənin nəzərdə tutulduğu Universitetlər arasında seçim edilməlidir.

2) Proqramda iştirakın vaxtı müəyyənləşdirilməlidir.

Ümumilikdə Mevlana proqramı çərçivəsində müəllimlərin 1 həftə - 3 ay müddətində iştirakı nəzərdə tutulur. Lakin Protokol imzalayan Universitetlərin qarşılıqlı razılaşması əsasında bu müddət dəyişdirilə bilər (məsələn, 2 həftə, 1 ay və s.). Müəllimlər seçim edərkən, BDU ilə getmək istədikləri Universitet arasında imzalanmış protokolda nəzərdə tutulan müddət çərçivəsində seçim etməlidirlər.

3) Müəllimlər getmək istədikləri Universitetin uyğun ixtisas üzrə tədris planını həmin universitetin internet səhifəsindən əldə edirlər. Gedəcəkləri Universitetdə tədris olunan dərslər siyahısından tədris etmək istədikləri dərsləri, dərslərin kodu, krediti, AKTS (Avrupa Kredi Transfer Sistemi) məlumatlarını (məlumat Universitetlərin internet səhifələrində yerləşdirilib) müəyyənləşdirirlər.

Müəllimlər proqramda iştirak edəcəkləri müddətdə hər həftə üçün ən az 6 saat dərs deməlidirlər. Universitetlər öz aralarında imzalanmış protokollarda fərqli kvota müəyyənləşdirə bilirlər (8-10 saat). Buna görə, mütləq Universitetlər arasında imzalanmış protokollara baxılmalıdır.

Dərslərin müəyyənləşdirilən saatdan az olacağı təqdirdə, proqram çərçivəsində seminar vəya konfrans keçirilə bilər. Lakin proqramın “dərs vermək ağırlıqlı” olduğu nəzərə alınmalıdır. Gediləcək Universitetlərdə bu məsələyə xüsusi diqqət verilir.

Sual - Cavab

Sual 1. Öğretim Elemanı Hareketlilik Programı və Öğrenci Başvuru Formunda “Bölüm Başkanı/Koordinatörü” və “Kurum Koordinatörü” qrafalarına kimlərin adı yazılmalıdır?

Cavab:

  • Bölüm Başkanı/ Koordinatörü (Head of Department/Coordinator) – Doç.Dr. Azad Rzayev, e-mail: azad_rzayev@mail.ru
  • Kurum Koordinatörü /Institutional Coordinator – Gülheyran Rəhimova

Sual 2. “Kurumun MEVLANA Kodu / MEVLANA ID Code” nədir və haradan götürmək olar?
Cavab: Gediləcək Universitetlərin Mevlana proqramı siyahısında kodu nəzərdə tutulur

Sual 3. “MEVLANA Faaliyet Alan Kodu” nədir və haradan götürmək olar?

Cavab: Gediləcək Universitetlərdə deyiləcək/iştirak ediləcəl ixtisasların Mevlana siyahısında kodu nəzərdə tutulur.

Sual 4. Türkiyə Universitetlərində semestrlərin adları ilə Azərbaycan Universitetlərində semestrlərin adlarının eyniləşdirilməsi

Cavab: “Güz dönemi” – payız semestri; “bahar dönemi” – yaz semestri; “Yaz okulu” – yay məktəbi


ƏLAQƏ:

BDU Tarix fakültəsi Mevlana Koordinatoru

Aytən Abbasova-Quliyeva

 

Bookmark and Share