ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Kafedranın beynəlxalq əlaqələri

Kafedra əməkdaşları müxtəlif səviyyəli beynəlxalq konfrans, simpozium, seminar, proqram və layihələrdə iştirak edirlər.

Kafedranın “Tarix və onun problemləri” jurnalı vasitəsilə beynəlxalq aləmlə: Turkiyə, ABŞ, Almaniya, Rusiya, İran, İsrailin Azərbaycan diasporaları ilə əlaqələri mövcuddur.

Kafedra Türkiyənin Uludağ Universitetinin (Bursa) İqtisadi və İdari Bilimlər Fakültəsinin “Beynəlxalq münasibətlər” bölümü “Siyasi tarix” kafedrası ilə əməkdaşlıq edir. Kafedranın dosenti Sevinc Ruintən 2013-cü ilin aprel-may aylarında həmin kafedrada stajkeçmədə; 2015-ci ilin may ayında elmi ezamiyyətdə olmuşdur. İİBF “Siyasi tarix” kafedrasının müdiri Dos.Dr.Barış Özdal 2013-cü ilin oktyabr ayında kafedranın dəvəti ilə BDU-da olmuş, “Regionşünaslıq (Türkiyə üzrə)” ixtisası magistrantlarına “Türkiyənin Cümhuriyyət dövr tarixi” fənnindən; bakalavr tələbələrinə “Türk(iyə)-Erməni(stan) münasibətləri” mövzusunda mühazirələr oxumuşdur.

Kafedra əməkdaşları Türkiyənin Uludağ Universitetinin (Bursa) İqtisadi və İdari Bilimlər Fakültəsinin “Beynəlxalq münasibətlər” bölümü “Siyasi tarix” kafedrasının əməkdaşları ilə birlikdə layihələr hazırlayır, konfranslara qatılır, həmçinin birgə tədris-metodik vəsaitlər hazırlayırlar.

Kafedrada “Regionşünaslıq (Türkiyə üzrə)” ixtisası magistrantlarına ilk gündən ikili rəhbərlik tətbiq edilir. Kafedranın qərarı ilə bir rəhbər kafedranın əməkdaşlarından, digər rəhbər kafedranın əməkdaşlıq etdiyi İİBF “Siyasi tarix” kafedrasından təyin olunur.

2016-cı ilin dekabr ayında kafedra həmçinin Türkiyənin Manisa Calal Bayar Universitetinin Fənn-Ədəbiyyat fakültəsinin Tarix bölümü Qədim dünya tarixi kafedrası ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Manisa Calal Bayar Universitetinin Fənn-Ədəbiyyat fakültəsinin Tarix bölümü Qədim dünya tarixi kafedrasının müdiri Prof.Dr.Hatice P.Erdemir Türk xalqları tarixi kafedrasının qonağı olub, fakültədə dərs prosesi ilə tanış olub. Görüşün nəticəsi olaraq gələcəkdə Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrası ilə Manisa Calal Bayar Universitetinin Tarix bölümü Qədim dünya tarixi kafedrası arasında əməkdaşlığın istiqamətləri haqda ilkin razılaşma əldə edilib.

Bookmark and Share