ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Türkiyənin Manisa Calal Bayar Universitetinin Fənn-Ədəbiyyat fakültəsinin Tarix bölümü Qədim dünya tarixi kafedrasının müdiri Prof.Dr.Hatice P.Erdemir Türk xalqları tarixi kafedrasının qonağı olub

06/12/2016

6 dekabr 2016-cı il tarixdə Türkiyənin Manisa Calal Bayar Universitetinin Fənn-Ədəbiyyat fakültəsinin Tarix bölümü Qədim dünya tarixi kafedrasının müdiri Prof.Dr.Hatice P.Erdemir Türk xalqları tarixi kafedrasının qonağı olub. Türk xalqları tarixi kafedrasının müdiri prof.Əsməd Muxtarova qonağı fakültənin dekanı dos.Azad Rzayev, həmçinin kafedranın və fakültənin professor-müəllim heyətinə təqdim edib; kafedrada davam edən görüşdə kafedranın fəaliyyəti, tədqiqat istiqamətləri haqda məlumat verib. Prof.Dr.H.Erdemir öz növbəsində rəhbəri olduğu kafedra və ümumilikdə MCBU haqda kafedranın professor-müəllim heyətini məlumatlandırıb; özünün ümumilikdə türk tarixinin qədim dövr və orta əsrlər tarixi dönəminə aid tədqiqatlarla bərabər (qədim Anadolu tarixi, Göytürk imperatorluğu – Bizans əlaqələri, türklərin hərb tarixi məsələləri və s.), həmçinin türk tarixində qadın, Atatürkün qədim tarixə marağının Türkiyə Cümhuriyyəti dövlətinin qurulmasına təsiri və s. məsələlərlə bağlı araşdırmalar müəllifi olduğunu bildirib. Kafedranın əməkdaşları ilə tanışlıqdan sonra prof.Dr.H.Erdemir kafedranın dosenti Sevinc Ruintənin IV kursda “İxtisas fənni” və II kursda “Türk xalqları tarixi” fənnləri üzrə dərslərində iştirak edib, fakültənin tələbələri ilə, fakültədə dərs prosesi ilə tanış olub. Görüşün nəticəsi olaraq gələcəkdə Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrası ilə Manisa Calal Bayar Universitetinin Tarix bölümü Qədim dünya tarixi kafedrası arasında əməkdaşlığın istiqamətləri haqda ilkin razılaşma əldə edilib.


Bookmark and Share