ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 KONFRANSLAR 1 TARİXDƏ BU GÜN 1 ƏLAQƏ 1

DÜNYA AZƏRBAYCANLILARI: TARİXİ - DEMOQRAFİYA ELMI-TƏDQİQAT LABORATORİYASI

«Dünya azərbaycanlıları: tarixi-demoqrafiya» elmi-tədqiqat laboratoriyası Təhsil Nazirliyinin və BDU rektorluğunun 1994-cü il əmrinə əsasən Tarix fakültəsinin nəzdində yaradılmışdır. ETL-ə 1994-2005-ci illərdə Əməkdar elm xadimi, akad. Y.M.Mahmudov rəhbərlik etmişdir. 2001-ci ildə Tarix fakültəsinin nəzdində «Azərbaycanşünaslıq» Elmi-Tədqiqat Mərkəzi yaradılmış və «Dünya Azərbaycanlıları: tarixi-demoqrafiya» elmi-tədqiqat bölməsi onun tərkibinə daxil edilmişdir. 2010-cu ildən “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” bölməsi yenidən ETL olaraq “Azərbaycan tarixi (təbiət fakültələri üzrə)” kafedrası nəzdində fəaliyyət göstərir. ETL-in elmi istiqaməti tarixi-demoqrafik, demoqrafik tədqiqat və əhali problemləridir.

ETL-də tarixi Azərbaycan ərazisində, o cümlədən müxtəlif dövrlərdə işğal olunmuş Azərbaycan torpaqlarında baş vermiş demoqrafik proseslər statistik məlumatlar əsasında təhlil edilir. Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası, Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya, Regionların sosial-iqtisadi inkişafı barədə Dövlət proqramları Azərbaycanın müasir əhali problemlərinin tarixi köklərinin öyrənilməsi üçün tarixi-demoqrafik tədqiqatları zəruri edir. Bu səbəbdən də hazırda ETL-də regionların sosial-iqtisadi inkişafını təmin edən elmi tədqiqatlar, regionlar üzrə əhali problemləri öyrənilir. Elmi-tədqiqat işlərinin nəticələri konfranslar və çap vasitəsilə ictimaiyyətə çatdırılır, bu yolla elmi nəticələr tarixi tədqiqatlara cəlb olunmaq üçün elmi dövriyyəyə daxil edilir. Tədqiqatların nəticələri 9 monoqrafiya, 100-ə yaxın elmi məqalədə, həmçinin ETL-in «Dünya azərbaycanlıları: tarix və müasirlik» toplularında əks olunmuşdur. ETL demoqrafiya sahəsində respublikada kadr hazırlayan əsas mərkəzdir və burada tarixi-demoqrafiya məktəbi formalaşmışdır. Keçən dövr ərzində tarixi-demoqrafiya sahəsində uğurlu tədqiqatlar aparılmışdır. Bu illər ərzində ETL-in 13 nəfər aspirantı və əməkdaşı dissertasiyalarını uğurla müdafiə etmişlər

ETL ƏMƏKDAŞLARI:

1. Rizayeva Gövhər Əli q. - baş elmi isçi (0,5 şt. v ), dos.

2. Fərəcov Şəfayət Fərəc o.. -  aparıcı elmi işçi t.f.d.

3. Əhmədov Hikmət Oqtay o. - böyük elmi isçi, 0,5 ş.v, t. e. n.

4. Paşayeva Ulduz Miri q. - böyük elmi işçi.

5.Quliyeva Səidə Zakir q. - böyük elmi işçi,  t.  f. d.

6 Leyla Vaqif qızı - kiçik elmi işçi

7.Quliyeva Nuridə Hidayət o. -aparıcı elmi işçi, 0,5 ş.v.(əvəzçi),t.e.n.

8. Hacıyev Asəf Adil oğlu - kiçik elmi işçi, 0,5 ş.v. (əvəzçi), t. ü. f. d.

9. Sədrəddinova Gülnarə Eldar q.- elmi işçi , 0,5 ş.v.

10. Aşurova Günay Rauf q. - elmi isçi 0,5 ş.v.

11. Əsədov Murad Elçin o. - böyük laborant

12. Əliyeva İlahə Yaşar q. - böyük laborant

13. Cəfərli Aytən Şiraz q. - böyük laborant

14. Cəfərli  Xaqani Allahverdi o - böyük laborant

15. Nəbiyeva Səidə Vahid q. - laborant

ETL-in MƏQSƏDİ:

  • ETL-in elm istiqaməti dünya azərbaycanlılarının tarixi-demoqrafiya problemləri, tarixi ərazilərdə və onun hüdudlarından kənarda məskunlaşmış azərbaycanlıların demoqrafiya, diaspora, miqrasiya, həmçinin işğal olunmuş Azərbaycan torpaqlarında baş vermiş etno-demoqrafik proseslər və digər əhali problemləridir. Tədqiqatlar zamanı ümummilli lider Heydər Əliyevin Azərbaycanşünaslıq ideyasının inkişafı, diaspora, əhali problemləri ilə əlaqədar imzaladığı sənədlər, xüsusilə Dünya azərbaycanlılarının Konfranslarının materialları, Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası və s. əsas götürülür.

ETL-in  ELMİ FƏALİYYƏTİ:

  • ETL  əməkdaşları qarşıya qoyulmuş problemə və plana uyğun olaraq elmi araşdırmalar aparırlar.
  • 1997-ci il dekabrın 30-da AR Prezidentin İcra aparatı ilə birlikdə ölkədə ilk dəfə olaraq "Dünya azərbaycanlıları: demoqrafik proseslər, müasirlik" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
  • 2003, 2004, 2009,  2015, 2017-ci  illərdə ETL-də  "Dünya azərbaycanlıları: tarix və müasirlik" adlı elmi-nəzəri toplu nəşr olunmuşdur. Əldə olunan elmi nəticələr tədris prosesinə tətbiq olunur.

ETL-in KADR HAZIRLIĞI:

  • ETL-də ölkədə yeganə olan tarixi-demoqrafiya məktəbi formalaşmışdır. ETL-də tarixi-demoqrafiya sahəsində uğurlu tədqiqatlar aparılmış, yüksək nəticələr əldə edilmişdir.

1. t.ü.f.d.Z.Ə.Cavadova - Şimal-Qərbi Azərbaycan: tarixi-demoqrafik tədqiqat (XIX əsrin əvvəllərində - 70-ci illəri)

2. t.ü.f.d.İ.F.Kazımov - Naxçıvan bölgəsinin tarixi (1828-1920-ci il)

3. t.ü.f.d.S.Ə.İbişov - Quba xanlığının əhalısı (tarixi-demoqrafik tədqiqat)

4. t.ü.f.d.A.A.Abbasova - XVIII əsrdə Rusiyanın Cənubi Qafqaza qarşı işğalçılıq siyasətində dini-etnik amillər

5. t.ü.f.d.S.S.Xəlilova - XIX əsrin II yarısında - XX əsrin əvvəllərində azəbaycanlıların sahibkarlıq fəaliyyəti

6.t.ü.f.d.N.Ə.Quliyev - Naxçıvan xanlığının əhalisi (tarixi-demoqrafik tədqiqat)

7. t.ü.f.d.A.Ə.Məmmədova - Car-Balakən camaatlığı XVII əsrin sonları-XIX əsrin 30-cu illərində (tarixi-demoqrafik tədqiqat)

8. t.ü.f.d.S.O.Mustafayeva-Cənubi Qafqazda ərazi və sərhəd dəyişiklikləri (1917-1922-ci illər)

9. t.ü.f.d.A.A.Hacıyev - Dərbəndin əhalisi: XIX-XX əsrin əvvəllərində (tarixi-demoqrafik tədqiqat)

10. t.ü.f.d.S.Z.Quliyeva- Heydər Əliyevin əsərləri Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə qarşılıqlı əlaqələrini öyrənmək üçün mənbə kimi.

11. Ş. F. Fərəcöv «Ermənistan SSR-də azərbaycanlıların demoqrafik vəziyyəti (1920-1980-ci illər)».

12. Leyla Vaqif qızı " Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq (1991-2008 - ci illər)"

Hazırda bölmədə 4 dissertant və 3 aspirant elmi tədqiqat mövzularını davam etdirirlər.

ETL-in ünvanı; Akademik Zahid Xəlilov küçəsi: 23 , Index AZ 1148 , BDU 3-cü tədris binası;

Tarix Fakültəsi, X mərtəbə, otaq 1007

dacontact@mail.ru

Bookmark and Share