ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

2017-ci il dekabrın 21-22-də BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda respublika elmi konfransı keçiriləcək.


Elm yolunda yeni addımlarını atan gənc tədqiqatçılarımız, dəyərli araşdırmaçılar!

Dekabrın 21-i Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” adlı II Respublika elmi konfransı öz işinə başlayır.

Konfransın açılışı 2017-ci il dekabrın 21-i saat 10-da olacaq. Konfrans işini 21-22 dekabrda bölmə iclaslarında davam etdirəcək. Konfransda respublikanın 17 elm və tədris mərkəzindən olan iştirakçılar tərəfindən 52 mövzuda məruzə dinləniləcək. Maraqlananlar iştirak edə bilərlər. Ünvan: Bakı Dövlət Universiteti, III saylı Tədris binası, Dəyirmi Akt zalı, Bakı şəhəri, Z.Xəlilov küçəsi 23 Təşkilat Komitəsi

Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası və Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Diasporla iş üzrə Dövlət Komitəsinin və Təhsil nazirliyinin dəstəyi ilə təşkil olunacaq növbəti respublika konfransını təşkil edərkən əsas hədəfimiz qocalmaqda olan elmimizə gənclik ruhu vermək, gənclərin elmi araşdırmalara olan marağını artırmaq və həqiqi akademik səviyyədə araşdırmaların müzakirə olunduğu mühit yaratmaqdır!

Siz - dəyərli gənc tədqiqatçıları konfransımızda görməkdən məmnun olarıq.

Hörmətlə,Təşkilat Komitəsi

Müraciət forması

Qeydiyyat

Proqram

Bookmark and Share