Bakı Dövlət Universitetində “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Görüşün budəfəki qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, tarix üzrə elmlər doktoru Fərid Şəfiyev olub.
Dosent Bəxtiyar Nəbiyevin Səs qazetində təhlil məqaləsi nəşr olunub
2019-cu il aprel ayının 3-də Tarix fakültəsi Elmi Şurasının iclasında Türk xalqları tarixi kafedrasının müdiri professor Əsməd Muxtarovanın yubileyi qeyd olunub.
Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tələbə Həmkarlar və Tələbə Gənclər təşkilatının təşkil etdiyi “31 mart azərbaycanlıların soyqırımı” gününə həsr olunmuş tədbir keçirilmişdir.
Professor Qüdrət İsmayılzadənin zəngin və maraqlı elmi yolu ilə dolu Mədəniyyət televiziya kanalda Ziyalar verilişində işıqlandırılmışdılar.
Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyi münasibətilə “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin növbəti görüşü keçirilib.
Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Tarix fakültəsində “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinə start verilib.
Jurnalistika fakultəsinin Tədris tele-radio studiyasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar olaraq “100 illik xəzinə” adlı verilişin yayımlanmasına start verilib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” keçirilib.
Bakı Dövlət Universitetində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov Xocalı qətliamının xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olduğunu, ermənilər tərəfindən insanlığa sığmayan qanlı əməllər törədildiyini diqqətə çatdırıb.
Şərtlərə görə, müsabiqədə yalnız hazırda Bakı Dövlət Universitetində çalışan əməkdaşlar iştirak edə bilərlər.
| ƏtraflıBakı Dövlət Universitetinin 100 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan "İlin ən yaxşı tələbəsi" adlı müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Bakı Dövlət Universtetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədov (İsmayıl bəy Zərdablı) Hindistanın Assan bölgəsinin paytaxtı Quvahati şəhərinin Quvahati Universitetində beynəlxalq konfransda iştirak etmişdib.
| ƏtraflıBakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə öz məzunları arasında “BDU xatirələrdə” adlı müsabiqə elan edir.
“Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 14 noyabr tarixli Sərəncamını əsas tutaraq “Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Tədbirlər planı”nın təsdiq edilməsi, yubiley tədbirlərinin təşkili və həyata keçirilməsi üçün zəruri hazırlıq işləri aparılacak.
fevralın 10-u Yaqub Mahmudovun anadan olmasının 80-ci ili tamam olur.
Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun “Azərbaycanın etnik və siyasi tarixi” və “Azərbaycanın tarixi xəritələri” adlı kitabları Amerika Birləşmiş Ştatlarında ( Raley şəhəri, Şimali Korolina Ştatı) nəfis tərtibatla çap olunub.
21-22 dekabr 2018-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Azərbaycan Tarix Qurumu, Diasporla iş üzrə Dövlət Komitəsi və Türk Dünyası Gəncləri Birliyinin dəstəyi ilə “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilmişdir.
“Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfransın plenar iclası keçirilib.
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Qədim Roma tarixi” adlı kitab işıq üzü görüb.