ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

YAP Yasamal Təşkilatında 9 noyabr Bayraq günü qeyd olundu .

10/11/2017

Yeni Azərbaycan Partiyası Yasmal Rayon Gənclər (YAP GB) Təşkilatı “Bayraq Günü” münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü iə açan YAP GB-nin Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Bayraq Günü münasibəti ilə tədbir iştirakçılarına təbrikini çatdırıb. B. Nəbiyev bildirib ki, Azərbaycanın dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda qəbul edilib. Üçrəngli bayraq yenidən 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi təsdiq edib. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət rəmzlərini, dövlət bayrağını qəbul edib.

Tədbirdə Yasamal rayon YAP GB-nin aktiv gəncləri “Bayraq Günü” ilə bağlı fikirlərini bildiriblər. Çıxış edən Uğur İmaməliyev, Nərgiz Mirzəyeva, Simarə Məmmədova və Əli Babazadə çıxışlarında qeyd ediblər ki, Prezident İlham Əliyev bu mühüm dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib: “Dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılıb. Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində Azərbaycanın müxtəlif statuslu diplomatik nümayəndəlikləri üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, idman arenalarında qaldırılır və bu, hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur. Xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olmuş digər rayonlarımızda dalğalanmasını görməkdir”.

Sonda çıxış üçün söz YAP GB-in üzvü Eltac Cəbiyevə verilib. E. Cəbiyev bildirib ki, Millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı sevirik və bundan sonra da sevməliyik. Onu bundan sonra da, son damla qanımıza qədər qoruyacaq və uca tutacağıq. Namusumuz, qeyrətimiz, şöhrətimiz olan bayrağımız ucaldıqda biz də ucalacağıq. Azərbaycan Bayrağı daim sülh səmasında dalğalanacaqdır. Tədbirin sonunda iştirakçılarla xatirə şəkili çəkdirilib. Daha sonra gənclər Yasamal rayonu ərazisində sakinlərə “Bayraq Günü” münasibəti ilə bayraq hədiyyə ediblər.

Bookmark and Share