ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Xocalı soyqırımma həsr olunmuş tədbir

24/02/2020

24.02.2020 Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Xocalı soyqırımı”nın 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarix fakültəsinin professoru İbrahim Zeynalov çıxış edərək qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə amansız qəddarlıqla divan tutublar. Tarix fakültəsinin dosenti Sevda Hüseynova, fakültə Tələbə Həmkarlar Təşkilatının sədri Əli Babazadə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinməyəcək dəhşətlərindən bəhs ediblər. Sonda Xocalı hadisələri əsasında hazırlanmış videoçarx nümayiş olunub, tələbə Rauf Əliyev “Qarabağı vermərəm” adlı şeir səsləndirib.

Bookmark and Share