Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “XX əsrin sonunun ən böyük soyqırımı” mövzusunda tarix fakültəsi əməkdaşlarının, magistr və tələbələrinin iştirakı ilə elmi-praktik konfrans keçirilib.
BDU-nun tarix fakültəsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “XX əsrin sonunun ən böyük soyqrımı” mövzusunda elmi-praktik konfrans keçirilib.
Dekan, dosent Azad Rzayev konfransı giriş nitqi ilə açdıqdan sonra, fakültənin elmi işlər üzrə dekan müavini professor Sevda Süleymanova çıxış edib. Daha sonra dosentlər - Boran Əziz “Xocalı soyqırımı: səbəb və nəticə” və Atamoğlan Məmmədli “Xocalı soyqırımı – beynəlxalq müstəvidə” mövzularında mühazirələr oxuyublar.