ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU müəllimləri Ukrayna inqilabı 1917-1921-ci illər 100 il sonra. Faciədən qələbələrə mövzusunda elmi-praktik konfransda iştirak ediblər

22/11/2017

Bakıda "Ukrayna inqilabı 1917-1921-ci illər" 100 il sonra. Faciədən qələbələrə" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Ukraynanın Azərbaycandakı səfirliyi və Azərbaycan Ukrayna Konqresinin təşkilatçılığı ilə baş tutub. Adçəkilən konfransa Bakı Dövlət Universitetinin Tarix fakültəsin dekanı dosent Rzayev Azad, Slavyan ölkələri kafedrasının müdiri, professor Abutalıb Cəlilov, Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrasının dosenti Yunis Nəsibov da dəvət olunublar.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko 1917- 1921 - ci illərdə Ukraynada baş verən inqilabın mərhələləri barədə konfrans iştirakçılarını məlumatlandırıb. O, 1919-1920-ci illərdə Azərbaycanda Ukraynanın diplomatik missiyasının fəaliyyət göstərdiyini də xatırladıb. Səfir qeyd edib ki, 1919-cu il yanvarın 22-də Ukrayna torpaqları Ukrayna Xalq Respublikası adı altında birləşib. Rusiya və Ukrayna arasında yaşanan gərginliyə toxunan A. Mişşenko bildirib ki, Dağlıq Qarabağ, Donbas, Dnestryanı, Abxaziya və Cənubi Osetiyada mövcud münaqişələri nə Azərbaycan, nə Ukrayna, nə Moldova, nə də Gürcüstan yaradıb: "Əgər bu ölkələrdən birində hərbi əməliyyatlar başlasa, bu, zəncirvarı effekt verəcək. Biz bilirik bu münaqişələrin kökü haradadır".

Səfir 1932-1933-cü illərdə Ukraynada Qolodomor faciəsi barədə də çıxış edib. O deyib ki, Ukraynada 1932-1933-cü illərdə milyonlarla insan aclığın qurbanı olub: "Qolodomor faciəsi kommunist rejimi tərəfindən həyata keçirilən kütləvi terror və soyqırım idi. 1933-cü ildə soyqırım özünün pik nöqtəsinə yüksəlib. Həmin vaxt hər gün 25 min insan ölüb".

 

Bookmark and Share