ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş “Tələbələrimizi tanıyaq və tanıdaq” adlı yaradıçılıq müsabiqəsi keçirilib

17/03/2017

2017-ci il 17 mart tarixdə Tarix fakültəsində fakültə dekanlığı və Türk xalqları tarixi kafedrasının təşkilatçılığı, BDU Tələbə Həmkarlar Təşkilatının dəstəyi ilə “Tələbələrimizi tanıyaq və tanıdaq” adlı tədbir keçirilib. Türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş tədbirlər silsiləsindən 2-ci olan bu tədbir Novruz bayramı ərəfəsində keçirilməklə, eyni zamanda həm də fakültənin Novruz tədbiri olaraq təqdim edilib. Tədbir çərçivəsində ilk olaraq, fakültə tələbələrinin yaradıcılıq müsabiqəsinin keçirilməsi nəzərdə tutulurdu. Lakin müsabiqə elan olunduqdan sonra BDU-nun digər fakültələrindən olan tələbələrin də müsabiqəyə qatılması ilə ümumuniversitet miqyaslı tədbirə çevrilmiş oldu. BDU-nun Tarix, Beynəlxalq münasibətlər və İqtisadiyyat, Kitabxanaçılıq və İnformatika, Coğrafiya, Sosial elmlər və Psixoligiya, Kimya, Mexanika riyaziyyat fakültələrinin tələbələrinin iştirak etdiyi tədbirdə bakalavr və magistrantlarının əl işləri, rəsm əsərləri, foto şəkillər, biserlə işləmələr, döyüş geyimləri və s. nümayiş etdirilib. Tarix fakültəsinin Regionşünaslıq (Qafqazşünaslıq) ixtisası tələbələri İbrahim Cəbrayılov və Aqil Bəhmənlinin yazdıqları şerlər dinlənilib. Regionşünaslıq (Amerikaşünaslıq) ixtisası tələbəsi Aytəkin Allahverdilinin ifasında “Biz mehriban ailəyik” və digər mahnılar ifa edilib. Bundan əlavə, “Planet parni iz BDU” komandasının təqdimatında xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasından bir hissə səhnələşdirilərək təqdim edilib. Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi Ali Çırak Türklərin savaş sənəti haqda səhnələşdirilmiş səhnəçik təqdim edib. Tədbirin sonunda bütün iştirakçılar təşəkkürnamələrlə təltif ediliblər.

 

 

Bookmark and Share