ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən “Balkan Zirvəsi 2. Beynəlxalq Sosial Elmlər Konfransı”nda iştirak edib

11/05/2020

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əməkdaşları Pandemiya dövründə tədris fəaliyyəti ilə yanaşı, elmi tədqiqatla da məşğul olur, müxtəlif səviyyəli elmi məclislərdə iştirak edirlər.

Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən 2020-ci il mayın 10-da Türkiyə Cümhuriyyətinin Ədirnə şəhərində Türkiyənin Uluslararası Bilim Akademisi (UBAK) tərəfindən təşkil edilən Balkan Zirvəsi 2-ci Beynəlxalq Sosial Elmlər Konqresində (Balkan Zirvesi 2. Uluslararası Sosyal Bilimler Kongresi) iştirak edib və “Postsovet dönəmdə Cənubi Qafqazda təhlükəsizlik problemləri haqqında” mövzuda məruzə edib.

Türkiyə, Azərbaycan, Qazaxıstan və digər ölkələrin alimlərinin iştirakı ilə keçirilən konfrans COVİD-19 səbəbilə və Türkiyənin Yüksek Öğretim Kurulunun 06.03.2020 tarixli qərarı əsas götürülərək, Skype platformasında keçirilib. Konfransda tarix, fəlsəfə, ilahiyyət, pedaqogika, gender məsələsi, beynəlxalq münasibətlər və s. sahələr üzrə 3 oturum, 6 iclasda 60 məruzə dinlənilib.

İştirak haqqında sertifikatlar konfransdan sonra iştirakçıların e-mail ünvanlarına göndəriləcək, məruzələrin tezisləri isə konfransdan sonra İSBN-li konfrans kitabında nəşr ediləcəkdir.

Əlavə edək ki, “Balkan Zirvəsi” konfranslarının təşkilatçısı UBAK (Uluslararası Bilimler Akademisi / Beynəlxalq Elmlər Akademiyası) aparılan tədqiqatların elmi mühitdə müzakirə edilməsi və əldə olunan nəticələrin nəşr olunması məqsədilə hər il Sosial elmlər, Təhsil elmləri, Fənn və Mühəndislik elmləri və s. kimi müxtəlif istiqamətlərdə silsilə elmi konfranslar təşkil edir. “Balkan Zirvəsi” konfransları Ədirnədə keçirilir. Birinci Balkan Zirvəsi 5-7 aprel 2019-cu ildə keçirilib.

 

Bookmark and Share