ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Türk xalqları tarixi kafedrasının Türk dünyası gənc tədqiqatçılar dərnəyi fəaliyyətini bərpa edib

10/03/2016

Mart ayının 10-da Türk xalqları tarixi kafedrasının nəzdində "Türk dünyası gənc tədqiqatçılar" dərnəyinin fəaliyyətə başladığı elan edilib. İclasda Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən, kafedranın müəllimləri t.f.d.Səidə Quliyeva, Cavid Əlisgəndərli, həmçinin dərnəyin Tarix və Beynəlxalq münasibətlər fakültələrinın bakalavr və magistrant tələbələri sıralarından olan üzvləri iştirak ediblər. Dos.S.Ruintən dərnək üzvlərini dərnəyin məqsəd və vəzifələri, görüləcək işlər haqda məlumatlandırıb. Qeyd edilib ki, dərnək əvvəllər də fəaiyyət göstərib, çox gözəl nəticələri olub. Hazırda dərnəyin fəaliyyətinin bərpa edilməsində məqsəd tədris prosesində hiss olunan boşluqları müəyyən qədər doldurmaqdır:
- tələbələri maraqları üzrə biraraya gətirmək;
- maraqlarımız üzrə araşdırmalar etmək, müzakirələr keçirmək;
- müzakirəyə çıxarılmış mövzular üzrə məqalələr hazırlamaq və nəşr etdirmək; konfranslara qatılmaq; fakültə tələbələrinin iştirak edə biləcəyi elmi seminarlar keçirmək;
- həmçinin akademik nəşrlərin müzakirələrini təşkil etmək;
- müxtəlif problemlər üzrə mütəxəssislərin mühazirələrini dinləmək;
- tarixi yerlərə səyahətlər təşkil etmək; tarixi filmlərə, tamaşalara getmək, yaxud ayrı-ayrılıqda baxmaq və sonradan onları müzakirə etmək və s.
NƏTİCƏ etibarilə məqsəd: türk dünyasının özəl bir parçası olan Azərbaycanda gənc tədqiqatçıların yetişməsinə bacardığımız qədər töhfə verməkdir.

Bu məqsəddən çıxış edərək, ilk toplantıda kafedranın müəllimi Cavid Əlisgəndərli dərnək üzvlərinə elmi araşdırmaların forma və metodları, akademik yazı qaydaları haqda ətraflı məlumat verib. Daha sonra dərnək çərçivəsində cari tədris ilinin sonuna qədər yerinə yetirilməsi nəzərdə tutulan işlər müəyyənləşdirilib.




Bookmark and Share