ELMİ ŞURA
LABORATORİYALAR
MAGİSTRATURA və DOKTORANTURA
MÜBADİLƏ PROQRAMMLARI
KONFRANSLAR
ƏLAQƏ
Tarix fakültəsinin dekanı, Asiya və Afrika ölkələri tarixi kafedrasının professoru Sani Tofiq oğlu Hacıyev Ankara şəhərində keçirilmiş Türk Tarix Qurumunun XVI Konqresində iştirak etmək üçün 20.09.2010 – 24.09.2010-cu il tarixləri müddətinə Türkiyə Respublikasının Ankara şəhərinə ezam olunmuşdur.
Konqresdə 22.09.2010-cu il tarixində professor S.T.Hacıyev “Osmanlı tarixi” bölümünə sədrlik etmiş, 23.09.2010-cu il tarixində “Birinci Dünya müharibəsi illərində Azərbaycan Osmanlı münasibətləri” adlı mövzu ilə məruzə etmişdir. Məruzənin tezisi Türk Tarix Qurumunun Konqres materiallarında dərc edilmişdir.