Aprel ayının 2-də dərnəyin növbəti iclası keçirildi. İclasda dərnək üzvlərinin aprel ayı ərzində fəaliyyət proqramı təsdiq edildi:
- dərnək üzvləri tərəfindən fərdi qaydada araşdırılacaq mövzular təsdiq edildi;
- aprel ayında dinləniləcək mühazirənin mövzusu və vaxtı müəyyənləşdirildi;
- may ayının əvvəlində müzakirəsi keçiriləcək akademik nəşr müəyyənləşdirildi və dərnək üzvlərinə həmin kitabla tanış olmaları tapşırıldı. Bundan sonra BDU-nun Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruitənin təqdimatında "Tarixi bilmək lazımdırmı? Tarixi bilməyin milli kimliyin formalaşmasında rolu" mövzusunda dialoq-mühazirə dinlənildi.