“Türk Dünyası Gənc tədqiqatçılar dərnəyinin Araşdırmaları” jurnalınının Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilmiş 3-cü sayı nəşr olunub.“Türk xalqları tarixi” kafedrasının 25 illik yubileyi münasibətilə 2017-ci ildən nəşrinə başlanmış “Araşdırmalar” kafedranın nəzdində fəaliyyət göstərən “Türk dünyası gənc tədqiqatçılar” dərnəyinin jurnalı olaraq təsis edilmişdir.İldə 1 sayının nəşr olunması, kafedranın və fakültə Elmi Şurasının qərarları ilə çapa məsləhət görülməsinə qərar verilib. Jurnalda yalnız tələbə məqalələrinin nəşri nəzərdə tutulur. Məqalələr 4 dildə qəbul edilir: Azərbaycan, türk, rus və ingilis dillərində. Jurnalda Türk dünyasının gənc tədqiqatçılarının tarix üzrə araşdırmaları ilə bərabər, həm də ümumilikdə gənc tarixçi tələbələrin Türk dünyası ilə bağlı araşdırmaları dərc edilir.