ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tomson Röyter informasiya agentliyi tərəfindən “Web of Science və onunla əlaqədar alətlərlə iş” üzrə Sertifikatlaşdırma Proqramı çərçivəsində seminar keçirilib.

25/11/2016

Noyabrın 24-25-də Tomson Röyter informasiya agentliyi tərəfindən “Web of Science və onunla əlaqədar alətlərlə iş” üzrə Sertifikatlaşdırma Proqramı çərçivəsində seminar keçirilib. Seminarda Tarix fakültəsindən "Bakı universitetinin elmi xəbərləri" jurnalının Humanitar seriyasının məsul katibi, böyük elmi işçi t.f.d.Səidə Quliyeva iştirak edib. Təlim zamanı Web of Science, ResearcherID, Journal Citation Reports bazaları, həmçinin EndNote biblioqrafiyasının imkanları öyrədilmişdir. Əlavə edək ki, 2 günlük seminar BDU-nun Elmi-Tədqiqat Hissəsi tərəfindən təşkil olunub. Sonda iştirakçılara sertifikatlar təqdim ediblər. Yanvar ayında t.f.d.S.Z.Quliyeva tərəfindən Tarix fakültəsinin əməkdaşları üçün bu mövzuda 1 günlük seminar təşkil ediləcək.


Bookmark and Share