ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tələbələrimizi tanıyaq və tanıdaq

02/03/2017

2016-ci ilin dekabr ayında Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilmiş “Sən istedadsan” adlı yaradıcılıq yarışmasında aktyorluq nominasiyası üzrə ilk pillənin sahibi “Planet Parni iz BDU” adlı KVN komandası olub. Hazırda 12 nəfər üzvü olan komandanın yaradıcıları Tarix fakültəsinin Regionşünaslıq (Qafqaz üzrə) ixtisasının hazırda IV kurs tələbələri İbrahim Cəbrayılov və Murad Əsədlidirlər. Solo konsertlərin keçirilməsi, əsasən yumor janrında filmlərin çəkilməsi komandanın gələcək planlarına daxildir. Hazırda komanda üzvləri BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 2017-ci il aprel ayının 1-də “Gülə-gülə gülək” adlı ilk sola konsertlərini keçirməyə hazırlaşırlar.

 

Bookmark and Share