Tarix fakültəsinin Mənbəşünaslıq,tarixşünaslıq və metodika kafedrasında bakalavriat səviyyəsi üzrə təhsillərini başa vuran tələbələrin buraxılış işi müdafiəsi keçirilib. 6 diplomçu“Azərbaycan Xalq Cümhuriyyəti ili” ilə əlaqədar AXC-nin tarixinə aid müxtəlif mövzular üzrə müəyyən edilmiş buraxılış işlərini uğurla müdafiə ediblər.
Müdafiə Komissiyasının sədri professor Şahin Fərzəliyev, komissiyanın üzvləri- professorlar Anar İsgəndərov,Qüdrət İsmayılov,Əsməd Muxtarova,Məmməd Fətəliyev, dosentlər-Azad Rzayev, Mehman Abdullayev,Abutalıb Cəlilov və İqbal Ağayev tələbələrin təqdimatlarını yüksək dəyərləndirib, onlara uğurlar arzulayıblar.