ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tələbə Nəzarət Qrupu onlayn imtahanlardan danışır...

17/06/2020

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar əksər ali təhsil müəssisələrində olduğu kimi Bakı Dövlət Universitetində (BDU) də iyunun 8-dən etibarən başlayan 2019/2020-ci tədris ilinin yaz semestrinin onlayn imtahan sessiyası uğurla davam edir.

BDU-da tələbələri onlayn tədris prosesində fəal iştiraka təşviq etmək, imtahan sessiyasında şəffaflığın təmin olunması, imtahanlara təhsilalanların nəzarətinin həyata keçirilməsi, həmçinin tələbə təkliflərinin müzakirəsi məqsədilə Tələbə Nəzarət Qrupu yaradılıb. BDU Tələbə Nəzarət Qrupuna Universitetin tələbə təşkilatlarının - Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Elmi Cəmiyyəti (TEC) və BDU Könüllüləri qrupunun nümayəndələri daxildir. İmtahanların gedişatı ilə bağlı Tələbə Nəzarət Qrupunun üzvlərinin fikirlərini öyrəndik.

Tarix fakültəsinin III kurs tələbəsi Əli Babazadə imtahanların gedişi haqqında münasibət bildirərkən qeyd edib ki, tələbələrin imtahan prossesi zamanı heç bir narazılığı olmayıb, müəllimlər də ədalətlə yanaşaraq proseduru sadələşdirilmiş həyata keçirir, tələbələrə müəyyən güzəştlər edirlər. “Rastlaşdığımız hallara əsasən narazılıq olduğu halda fakültə rəhbərliyinin müdaxiləsini də müşahidə edirik. İmtahan başlamamış tələbələrə özümüzü təqdim edib, hər hansı narazılığın olduğu halda bizə müraciət etmələrini xahiş edirik.”

Bookmark and Share