ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tələbə Həmkarlar və Tələbə Gənclər təşkilatının təşkil etdiyi “31 mart azərbaycanlıların soyqırımı” gününə tədbir olub.

01/04/2019

29 mart 2019- cu il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tələbə Həmkarlar və Tələbə Gənclər təşkilatının təşkil etdiyi “31 mart azərbaycanlıların soyqırımı” gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri Tarix fakültəsinin dekanı dosent Azad Rzayev giriş sözü ilə açmış, bu faciə haqqında, həmin dövrdəki tarixi şərait haqqında, o cümlədən ermənilərin tarix boyu yürütdüyü məkirli əməlləri haqda danışmışdır.Daha sonra isə Tarix fakültəsinin dosenti Atamoğlan Məmmədli faciənin dəhşətləri haqqında, ermənilərin müxtəlif bölgələrdə törətdiyi qətliamlardan danışmış və gənclərə bu faciəni unutmamağı tövsiyyə etmişdir.Tədbir diskussiyalar şəklində davam etmişdir.

Bookmark and Share