ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tələbə Elmi Cəmiyyətinin Şəxsi inkişaf təlimi

16/04/2018

14 Aprel 2018-ci ildə Tələbə Elmi Cəmiyyəti Master of Science tədris mərkəzinin dəstəyi ilə "SELF-DEVELOPMENT" adlı təlim keçirmişdir. Təlimin I hissəsində TEC-nin Təlim və diskussiyalar şöbəsinin müdiri İbadullayeva Lalə Şəxsi inkişaf nədir? İşini ləngitmə. Kiçik addımlarla böyük uğurlara irəlilə! İradə nədir və onu necə gücləndirə bilərik? yarımbaşlıqları haqqında təlim iştirakçıları ilə öz biliklərini bölüşmüşdür. II hissədə TEC-nin Bakalavr üzrə Sədr müavini Mustafayeva Lamiyə Şəxsi inkişaf nə üçün vacibdir? Şəxsi inkişafı necə idarə etməliyik? Gələcək həyatımız üçün şəxsi inkişaf planının hazırlanması və insanın məqsədlərinin şəxsi inkişafında rolu haqqında danışmış və iştirakçılar arasında Workshop təşkil etmişdir. I və II hissə arasında fasilə zamanı təlim iştirakçılarına şirniyyatlar və içkilər təqdim olunmuşdur. Sonda bütün iştirakçılar sertifikatlarla təmin olunmuşdur.

Bookmark and Share