Tələbə Elmi Cəmiyyətinin "Tarix" jurnalının I buraxılışının I sayı işıq üzü görüb. Jurnalda 20 tələbənin (Tarix fakültəsinin müxtəlif ixtisaslar və kurslarında təhsil alanların) məqalələri (Azərbaycan, rus, ingilis dillərində) çap olunmuşdur.
Nəzərinizə çatdırmaq istərdik ki, jurnala BDU-nin digər fakültələrinin, digər universitetlərin tələbələri də məqalələrini təqdim edə bilərlər. II say üçün məqalə qəbulunun son günü 10 dekabrdı