ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tələbə Elmi Cəmiyyətinin respublika konfransı

07/11/2017

Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Rusiyada Fevral burjua inqilabı və Oktyabr çevrilişinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilib. "Rusiyada Fevral burjua inqilabının Azərbaycandakı ictimai-siyasi vəziyyətə təsiri" adlı konfransı giriş sözü ilə Slavyan ölkələri tarixi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevda Hüseynova açdıqdan sonra iştirakçıların məruzələri dinlənilib.

Qeyd edək ki, konfransın materialları kimi Bakı Dövlət Universitetinin tələbələri ilə yanaşı Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Slavyan Universitetinin tələbələrinin tezisləri də çap olunub.

Bookmark and Share