ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Tarixçi-Alimlərimiz professor Əmrah Dadaşov

02/05/2019

1 may 2019-cu ildə Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilmiş “Tarixçi-Alimlərimiz” adlı silsilə layihənin ikinci qonağı qiyabi şöbə üzrə dekan müavini, professor Əmrah Dadaşov olmuşdur. Dekan Azad Rzayev layihəni açıq elan edərək Əmrah Dadaşovun həyat və əmək faəliyyətindən, onun elm yollarında uğur qazanmasından qısa bəhs etdi.

Qeyd edək ki,professor Əmrah Dadaşov 1973-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universitetini) bitirib,1981-ci ildən indiyədək Qədim dünya və orta əsrlər tarixi kafedrasının professorudur,100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir. Qiyabi təhsili üzrə dekan müavinidir. Əmrah Dadaşov Rektorluq tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür almışdır.

Əmrah Dadaşov öz keşməkeşli həyat yolundan, müharibə illərində çətin şəraitdə təhsil almasından və bu yolda zəhmətlə qazandığı nailiyyətlərindən bəhs etdi .O tələbələrə tövsiyə etdi ki, gənclərimiz milli-mənəvi ənənələrimizi yaşatsınlar, elm yollarında daim ucalsınlar.Görüşdə iştirak edən professor-müəllim heyəti Əmrah Dadaşovun elm yollarında əldə etdiyi uğurlarla yanaşı, insani keyfiyyətləri ilə də Tarix fakültəsinin tarixində daim yaddaqalan sima olacağını bildirdilər. Fakültə dekanı Azad Rzayev professor Əmrah Dadaşova görüşdə iştirak etdiyinə görə professor-müəllim və tələbə heyəti adından təşəkkürünü bildirdi.

Bookmark and Share