ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

TARİX FAKÜLTƏSİNİN DOSENTİ SƏİDƏ QULİYEVA “AZƏRBAYCAN XALQININ MÜBARİZƏ TARİXİ VƏ ŞUŞA” MÖVZUSUNDA VEBİNARDA MƏRUZƏ EDİB

06/01/2022

Yanvarın 5-də Sumqayıt Dövlət Universitetində Gənc Alimlər Şurasının təşkilatçılığı ilə “Azərbaycan xalqının mübarizə tarixi və Şuşa” mövzusunda vebinar keçirilib. Vebinarı giriş sözü ilə açan Gənc Alimlər Şurasının sədri dosent Xəyalə Mürsəliyeva iştirakçıları salamladı,
Prezident İlham Əliyevin Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalaması münasibətilə hər kəsi təbrik etdi, onlara məruzəçi – Bakı Dövlət Universitetinin Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru, Vətən tarixi ixtisası üzrə dosent Səidə Quliyeva haqqında məlumat verdi. Dosent Səidə Quliyeva çıxışında Azərbaycan xalqının erməni millətçilərinə qarşı mübarizəsində Şuşa şəhərinin rolu, Azərbaycan dövlətinin Birinci Qarabağ müharibəsindən sonra işğalçı düşmən tapdağından öz ərazilərini azad etmək üçün gördüyü tədbirlər, Vətən müharibəsi və Şuşa əməliyyatı, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olmasını ətraflı izah etdi. Azərbaycan xalqının erməni millətçilərinin həyata keçirdiyi etnik təmizləmə və soyqırımlarına qarşı mübarizəsində Şuşa şəhərinin mühüm mərkəz olmasını tutarlı faktlarla əsaslandırdı.
Məruzəçi qeyd etdi ki, 1905-1906, 1918-1920, 1988-1992 və 2020-ci il döyüşləri zamanı mədəniyyət beşiyi olan Şuşa Azərbaycan xalqının separatizmə, soyqırım və etnik təmizləmə, terrora qarşı mübarizəsinin mərkəzi olmuşdur. Məhz bu səbəbdən də Şuşa səhərinin işğaldan azad edilməsi qarşı tərəfin kapitulyasiyası və hərbi əməliyyatlarının dayandırılmasına səbəb olmuşdur. Məruzəçi daha sonra 2021-ci ildə Tarix fakültəsində hazırlanmış "Qarabağ Azərbaycandır! Zəfər Epopeyası" monoqrafiyası haqqında geniş məlumat verdi. Sonda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırdı.

Bookmark and Share