ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

“Tarixçi-Alimlərimiz” adlı layihənin qonağı Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov olmub.

16/05/2019

15 may 2019-cu ildə Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilmiş “Tarixçi-Alimlərimiz” adlı silsilə layihənin növbəti qonağı Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov olmuşdur. Fakültə dekanı Azad Rzayev başda rektor Elçin Babayev olmaqla bütün tədbir iştirakçılarını salamladı və professor Anar İsgəndərov haqqında qısa məlumat verdi. Daha sonra Anar İsgəndərov tədbir iştirakçılarını salamlayaraq rektor Elçin Babayevə vaxt ayırıb tədbirdə iştirak etdiyinə görə təşəkkürünü bildirdi. Anar İsgəndərov öz həyat yolundan, doğulub boya- başa çatdığı rayondan, valideynlərindən,anasının məsləhətlərinin onun bütün həyatında bir istiqamət olmasından, Universitetdə təhsil aldığı tələbəlik illərindən, xatirələrində öz biliyi , insanpərvərliyi ilə iz buraxmış müəllimlərindən və onun həyatında onların rolundan danışdı.Anar İsgəndərov tələbələrə tövsiyyə etdi ki , vətənə layiqli vətəndaş olaraq formalaşsınlar.

Daha sonra rektor Elçin Babayev çıxış etdi. Rektor Elçin Babayev Anar İsgəndərovun çıxışının çox maraqlı və səmimi olduğunu qeyd etdi.O, bu layihənin əhəmiyyətindən bəhs edərək tədbirlərin davamlı olmasını arzuladı.

Qafqaz xalqları tarixi kafedrasının müdiri professor İradə Hüseynova Anar müəllim haqqında öz fikrini bildirdi. Onun həm alim ,həm də insan olaraq tələbələr üçün bir örnək olduğunu dedi. Bu kimi tədbirlərin keçirilməsinin tələbələr üçün önəmli olduğunu bildirdi.

Sonra Anar İsgəndərovun rəhbərlik etdiyi Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının magistrant və doktorantları Anar İsgəndərova öz ürək sözlərini bildirdilər.Onlar təhsil aldığı illərdə Anar müəllimdən daim diqqət və qayğı gördüklərini qeyd etdilər.

Bookmark and Share