ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

“100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsinin qonağı dosent Mehman Abdullayev

31/05/2019

Tarix fakültəsinin dekan əvəzi professor İbrahim Zeynalov Mehman Abdullayevlə bir yerdə təhsil aldığı illəri xatırlayaraq bildirdi ki, Mehman Abdullayev tələbə vaxtı necə çalışqan, məsuliyyətli , zəhmətkeş insan idisə bu gün də kafedra müdiri olaraq öz mövqeyini qoruyub saxlayıb. Mehman Abdullayev tələbələrə üz tutaraq milli mənəvi dəyərlərimizi qoruyub saxlamağın, vətəni, milləti sevməyin vacibliyindən danışdı. O qeyd etdi ki, elm və təhsil həmişə birgə inkişaf etməlidir.

Qeyd edək ki, Mehman Abdullayev 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.1985-ci ildə Tarix fakültəsində əmək fəaliyyətinə başlayıb,Azərbaycan, İngilis, Rus dillərində “ Azərbaycan tarixi” dərsliyinin müəllifidir,“XIX əsrin birinci 30 illiyində çarizmin Şimali Azərbaycanda aqrar siyasəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.2011-ci ildə Londonun Beynəlxalq Elm və Təhsil Akademiyası tərəfindən Tarix elmləri nominasiyası üzrə keçirilən analitik bilik yarışmasında 90 nəfər içərisində “ən yaxşı analitik” olaraq II yeri tutmuş və gümüş diplomla mükafatlandırılmışdır.Dövlət İmtahan Mərkəzi tərəfindən dərslik, dərs vəsaiti, test toplusu hazırladığı üçün fəxri fərmanla təltif olunmuşdur.2014-cü ildə Amerikanın nüfuzlu Tarix dərgisində çap etdirdiyi məqaləsi 3000-artıq oxucu tərəfindən istifadə edilmişdir .2018-ci ildə “ İlin alimi” mükafatı adına layiq görülmüşdür.150-dən çox elmi əsərin müəllifidir.Azərbaycanda və Rusiyada keçirilən beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.

Bookmark and Share