ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarix fakültəsinin Tələbə Elmi Cəmiyyətinin müsabiqəsi

24/05/2017

20 may 2017-ci il tarixində Bakı Dövlət Universiteti Tarix Fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə "Tarixi biliklər" adlı tarixi-intellektual müsabiqə keçirilmişdir. Müsabiqədə Bakı Dövlət Universitetinin tələbələri ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələri (18 komanda) iştirak etmişdir və sonda finalda 3 komanda yarışmışdır: Tarix Fakültəsinin tələbələrindən ibarət - İntibah və Everest komandaları və Hüquq Fakültəsinin tələbələrindən ibarət Barbarossa komandası. İntibah komandası qalib olmuş və diplomlarla təltif edilmiş, komanda üzvlərinə Ali və Nino-dan bədii kitablar hədiyyə olunmuşdur. Müsabiqədə münsiflər heyəti kimi Tarix Fakültəsinin dekanı - dos. A.Ə.Rzayev, elmi işlər üzrə dekan müavini - prof. S.Y.Süleymanova, BDU Tarix TEC-nin sədri - t.ü.f.d. Təhminə Akif qızı Aslanova, Əsgər Zeynalabdinov, Tural Həsənov və AMEA Milli Azərbaycan Tarixi Muzeyindən aparıcı elmi işçi Nardanə Yusifova və elmi işçi Əli Fərhadov çıxış etmişlər.

Bookmark and Share