ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarixçi alim, BDU-nun professoru Elmira Muradəliyeva haqqında yeni kitab

22/06/2017

Tarixçi alim, BDU-nun professoru Elmira Muradəliyeva haqqında yeni kitab çapdan çıxıb. Elmi-biblioqrafik göstərici şəklində tərtib olunmuş kitabın redaktoru yazıçı-publisist, rejissor Nazim Rza İsrafiloğludur. Kitabda professorun indiyə qədər keçdiyi zəngin həyat yolu, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında əsas göstəricilər toplanıb.

Məşhur tarixçi alim Süleyman Əliyarlının yetişdirmələrindən olan Elmira xanım tarix elmində böyük uğurlara imza atmış şəxsiyyətlərdəndir. Onun həm ölkədə, həm də ölkə xaricində tarix elmimizlə bağlı mühüm nailiyyətlərdə adı var. O, eyni zamanda bir sıra nüfuzlu mükafatların da sahibidir. Kitabın yaradıcı heyəti(tarix üzrə fəlsəfə doktorları Fərhad Cabbarov, Nigar İbrahimova, tərtibaçı Güllü Cahangir) bu məqamları nəzərə alaraq, nəşrin tərtibatında həm Elmira xanımın öz fəaliyyəti və uğurları, müsahibələri, həm də onun haqqında yazılan məqalə və yazıları bir yerə toplayıb. Hazırda BDU-nun ən nüfuzlu tarixçi-alimlərindən sayılan Elmira xanım haqqında yazılmış “Olduğu kimi görünən insan” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bookmark and Share