ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarix fakültəsinin tələbələri Avropa Gənclər Parlamentinin 83-cü Beynəlxalq sessiyasında iştirak edəcəklər

10/10/2016

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri Hüseynli Gülcənnət və Həsənzadə Emil Avropa Gənclər Parlamentinin İsveçrənin Laax şəhərində keçiriləcək 83-cü Beynəlxalq sessiyasında iştirak edəcəklər. G.Hüseynli Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələrin keçiriləcəyi “Commitee on Foreign Affairs (AFET)” bölməsində, E.Həsənzadə isə Avropanın su faunası haqda müzakirələrin keçiriləcəyi “Committee on Fisheries (PECH)” bölməsində iştirak edəcək. Layihənin məqsədi müxtəlif kateqoriyalardan olan avopalı gəncləri bir araya toplamaq, fikir mübadiləsi aparmaqdır. Tədbir Avropa Parlamentinin simulyasiyası formatında keçiriləcək. Qeyd edək ki, Avropa Gənclər Parlamenti Avropanın 41 ölkəsində olmaqla hər il 550-dən çox regional, beynəlxalq və yerli tədbirlər vasitəsilə 40 mindən çox gənci əhatə edir. Avropa Gənclər Parlamentinin məqsədi aktual problemlərlə bağlı məsələlərə diqqəti artırmaq, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrin müxtəlifliyini təblig etmək, həmçinin Avropa gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumların təşkil edilməsinə yardım etməkdir.


Bookmark and Share